Son Xəbərlər
18:12  Göyçay rayonunda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb  11:28  Göyçay Rayon Mərkəzi Xəstəxanasında şəhidlərimizin xatirəsinə "Ağacəkmə" aksiyası keçirildi.  08:15  Göyçayda “Narçılıqla bağlı həyata keçirilən işlər və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib  09:09  “Art terapiya ilə duyğularını daha aydın ifadə et!” adlı layihə çərçivəsində növbəti həftə seansı keçirilib  17:46  Şəhid Aslan Əliyevin ikinci ildönümü qeyd olundu  12:50  Göyçayda azyaşlı qız uşağını maşın vuraraq öldürdü  12:38  Rayonunun Ləkçılpaq kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirildi  14:16  Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsi çərçivəsində qalib olan "Şagirdlərdə analitik qabiliyyət və özünüifadə bacarıqlarının artırılması üçün Meys debatlarının təşkili" layihəsi FOTO  19:54  Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  19:45  Prezidentdən DTX ilə bağlı fərman  19:41  İcra başçılarının səlahiyyətləri artırıldı  19:36  DİN-ə yeni səlahiyyət verildi  18:16  "Qeyd Sosial Maarifləndirmə" İctimai Birliyi “Zəfər Günü” münasibətilə müsabiqəyə start verdi  13:13  Göyçayda "ŞƏHİD"-in Anım Günü Keçirildi FOTO  13:02  Göyçayda Şəhidin Adına Sinif Otağı Təqdim Olundu FOTO  11:39  Şəhid Orucov Bayram Çərkəz oğlunun ildönümü qeyd olundu  06:20  Ulu Öndərin dövlət gənclər siyasətini uğurla davam etdirən gəncimiz Səma Vahabzadə - FOTO  15:13  Göyçay royonu Çaxırlı kənd ümumi orta məktəbində Şəhid Elnur Ərəstun Oğlu Əliyevin Anım Günü Keçirilmişdir.  09:16  Göyçayda "ŞƏHİD" Elnur Ərəstun Oğlu Əliyevin Anım Günü Keçirildi.  08:29  Vilayət Eyvazovdan yeni TƏYİNAT 
23-01-2023, 18:12
Göyçay rayonunda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
27-11-2022, 11:28
Göyçay Rayon Mərkəzi Xəstəxanasında şəhidlərimizin xatirəsinə "Ağacəkmə" aksiyası keçirildi.
16-11-2022, 08:15
Göyçayda “Narçılıqla bağlı həyata keçirilən işlər və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
13-11-2022, 09:09
“Art terapiya ilə duyğularını daha aydın ifadə et!” adlı layihə çərçivəsində növbəti həftə seansı keçirilib
8-11-2022, 17:46
Şəhid Aslan Əliyevin ikinci ildönümü qeyd olundu
3-11-2022, 12:50
Göyçayda azyaşlı qız uşağını maşın vuraraq öldürdü
3-11-2022, 12:38
Rayonunun Ləkçılpaq kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirildi
2-11-2022, 14:16
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsi çərçivəsində qalib olan "Şagirdlərdə analitik qabiliyyət və özünüifadə bacarıqlarının artırılması üçün Meys debatlarının təşkili" layihəsi FOTO
27-10-2022, 19:54
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
27-10-2022, 19:45
Prezidentdən DTX ilə bağlı fərman
27-10-2022, 19:41
İcra başçılarının səlahiyyətləri artırıldı
27-10-2022, 19:36
DİN-ə yeni səlahiyyət verildi
27-10-2022, 18:16
"Qeyd Sosial Maarifləndirmə" İctimai Birliyi “Zəfər Günü” münasibətilə müsabiqəyə start verdi
26-10-2022, 13:13
Göyçayda "ŞƏHİD"-in Anım Günü Keçirildi FOTO
26-10-2022, 13:02
Göyçayda Şəhidin Adına Sinif Otağı Təqdim Olundu FOTO
24-10-2022, 11:39
Şəhid Orucov Bayram Çərkəz oğlunun ildönümü qeyd olundu
23-10-2022, 06:20
Ulu Öndərin dövlət gənclər siyasətini uğurla davam etdirən gəncimiz Səma Vahabzadə - FOTO
19-10-2022, 15:13
Göyçay royonu Çaxırlı kənd ümumi orta məktəbində Şəhid Elnur Ərəstun Oğlu Əliyevin Anım Günü Keçirilmişdir.
19-10-2022, 09:16
Göyçayda "ŞƏHİD" Elnur Ərəstun Oğlu Əliyevin Anım Günü Keçirildi.
19-10-2022, 08:29
Vilayət Eyvazovdan yeni TƏYİNAT
17-10-2022, 13:21
Prezident Göyçaya yeni icra başçısı təyin edib - SƏRƏNCAM
16-10-2022, 12:31
Göyçayda “Art terapiya ilə duyğularını daha aydın ifadə et!” layihəsinin təqdimatı keçirilib
14-10-2022, 09:29
“Art terapiya ilə duyğularını daha aydın ifadə et!” layihəsinin təqdimatı keçiriləcəkdir
14-10-2022, 07:23
Bu gün Şəhid Eyvazov Əli Seyran Oğlunun Anım Günü Qeyd Olunacaq.
14-10-2022, 07:22
Bu gün "ŞƏHİD" Həsənov Xəyal Zeynəddin Oğlunun Anım Günü Qeyd Olunacaq.
13-10-2022, 17:01
Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində göstərilir ki, hər bir vətəndaşın Sosial Rifah Hüququ vardır
13-10-2022, 16:56
“Ğöyçay tarixi” adlı kitabın təqdimat mərasimi keçirildi
Tarix:08 sen 08:27 Bölmə:xeberler, sosial

Gənclərin işsizlik problemi - gerçək səbəblər və vəziyyətdən çıxış yolları...

Gənclərin işsizlik problemi - gerçək səbəblər və vəziyyətdən çıxış yolları...

Rəsmi rəqəmlər reallıqla niyə üst-üstə düşmür?
Son zamanlar ölkə rəhbərliyi gənc kadrların mühüm vəzifələrə təyin edilməsi ilə bağlı sərəncamlar verir. Bu isə ümumilikdə ölkə siyasətində gənclərə maksimum diqqət və etimad göstəricisi sayılır. Amma bununla paralel, ölkədə gənclərin işsizlik problemi də öz aktuallığını qoruyur. Xüsusən pandemiya dönəmində Azərbaycanda işsizlik problemini ən çox yaşayan gənclər oldu. Ölkədə bu problemi necə həll etmək olar? Rəqəmlər real durumu göstərə bilirmi?

Pandemiyaya görə hər beş gəncdən biri işsiz qalıb..

Öncə dünyadakı son durumu nəzərə çatdıraq. Dünyada hər beş gəncdən biri koronavirus pandemiyasının başlanmasından bəri işsiz qalıb, işləməyə davam edənlərin məşğulluğu isə 23% azalıb. Bu barədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) araşdırmasında deyilir. Araşdırmanın nəticələrinə görə, fevral ayının əvvəlindən müşahidə olunan koronavirus pandemiyası gənclər arasında işsizliyin kəskin və əhəmiyyətli dərəcədə artmasına səbəb olub.

“COVID-19-un səbəb olduğu iqtisadi böhran digər qruplara nisbətən gənc insanlara, xüsusən də qadınlara daha güclü və sürətli təsir göstərir. Əgər imkan və təcrübənin olmaması səbəbindən gənclərin istedadı və enerjisi ikinci plana çəkilərsə, bu, bizim gələcəyimizə zərər yetirər və pandemiyadan sonra iqtisadiyyatın bərpasını çətinləşdirər”, - deyə BƏT-in baş direktoru Qay Rayder bildirib.

BƏT inkişaf etmiş ölkələrdə genişmiqyaslı məşğulluq və təlim proqramlarına başlamağı və aşağı və orta gəlirli ölkələrdə gənclərin iş təhlükəsizliyinin təmin edilməsi də daxil olmaqla təcili dəstək tədbirlərinin həyata keçirilməsinə çağırır.

Təşkilatın məlumatına görə, 2019-cu ildə gənclərin işsizlik səviyyəsi 13,6% təşkil edib ki, bu da digər qruplardan daha yüksək olub. Hazırda dünyada 267 milyona yaxın heç bir iş tapmayan və təhsil almayan gənc mövcuddur.
Azərbaycan gəncləri arasında işsizlik 10 faizə yaxındır - rəsmi rəqəm budur, bəs reallıq?

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İntiqam Babayev isə yerli mətbuata açıqlamasında ölkədəki işsizliklə bağlı statistikanı açıqlayıb. Onun bildirdiyinə görə, bu gün Azərbaycan gəncləri arasında işsizlik 10 faizə yaxındır. Bir çox ölkələrdə isə bu göstərici 12-13 faiz təşkil edir. Onun bildirdiyinə görə, ölkədə məşğulluq strategiyası var. Artıq yenisi də hazırlanıb. Məşğulluğa yönəlmiş hər strategiya planında ayrıca fəsil olaraq gənclərlə bağlı məsələlər öz əksini tapıb: “Nazirlik olaraq sırf məşğulluq məsələsinə baxmırıq. Lakin gənclər üçün bir çox layihələri gerçəkləşdiririk.

Mütəmadi şəkildə aztəminatlı ailələrin gəncləri üçün pulsuz olaraq kütləvi şəkildə kompüter texnologiyaları üzrə təlimlər təşkil edirik. Əgər bu gün hansısa işsiz gənc məşğulluq orqanlarına gəlib qeydiyyatdan keçmirsə və işsizlik statusunu öz üzərinə götürmürsə bu məsələni araşdırmaq qəliz olur”.

Nazir müavini eyni zamanda bildirib ki, vaxtaşırı olaraq özəl məşğulluq saytlarının fəaliyyətini monitorinq edirlər. Araşdırma onu göstərir ki, işsizlik problemi yalnız onunla bağlı deyil ki, iş yeri yoxdur: “Çünki bu gün kifayət qədər iş yerləri açılır. Bu gün ölkə gənclərinin bəziləri hesab edir ki, onlara təklif olunan işin qarşılığındakı maaş qanedici deyil. Sahibkar da hesab edir ki, onun təqdim etdiyi iş və verdiyi maaş normaldır. Bu gün təəssüf ki, bir çox sahibkar əsasən təcrübəli kadrlara üstünlük verirlər. Bu zaman ortaya sual çıxır ki, gənc ali təhsil müəssisəsini bitirdikdən sonra haradasa işləməyibsə təcrübəni harada toplamalıdır? Hesab edirəm ki, ciddi şirkət ona lazım olan potensiallı kadrı götürüb müqavilə bağlamaqla onu yetişdirə bilər. Bir şeyi də vurğulamaq istəyirəm. Bir çox hallarda valideyn və ya abituriyent ixtisas seçərkən əmək bazarında monitorinq aparmır ki, bazarda bu gün tələbat hansı işədir. Bu gün əksər valideynlər daha çox adı cəlbedici olan ixtisasları seçirlər. Bu gün əsas işimiz gəncləri düzgün istiqamətdə maarifləndirməkdir. Əksər gənclərimiz öz potensialını ortaya qoymağa hazırdır və dövlətimiz də onlar üçün kifayət qədər şərait yaradır”.

Nazir müavini: Gənclər arasında işsizlik 9,2 faizdir » Kaspi ...

“Yeni Müsavat” xatırladır ki, ümumən gənclərin məşğulluğunun əhəmiyyətini göstərən digər məsələ hər il əmək bazarına daxil olan gənc işçi qüvvəsi ilə bağlıdır. Hər il Azərbaycanda təxminən 100 minə yaxın gənc əmək bazarına daxil olur. Ümumiyyətlə, belə böyük sayda işçi qüvvəsini əmək bazarının qəbul etməsi üçün həm makroiqtisadi, demoqrafik, məşğulluq və təhsil siyasətlərinin əlaqələndirilməsi çox vacibdir. Amma bu sahədə ən böyük problem, heç şübhəsiz ki, təhsil sistemi ilə əmək bazarı arasında müəyyən uyğunsuzluğun mövcudluğudur. Bu da gənclərin məşğulluğu sahəsində problemlərin yaranmasına səbəb olur.

Sahib Məmmədov: “Hələ böyük dəyişiklikdən danışa bilmərik”

Sahib Məmmədov: “İşsizliklə bağlı ortaya qoyulan rəqəmlər şübhə doğurur”

Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, gənclərin məşğulluğunun təmin olunmasında yaranan problemin kökü təhsil sistemindən qaynaqlanır. Müsahibimizin sözlərinə görə, hökumətin işsizlik problemi ilə bağlı ortaya qoyduğu rəqəmlər ciddi şübhə doğurur. Bununla belə, həmin rəqəmlərdə də gənclər ön plandadır: “Təhsillə bağlı da problem vardı. Məsələn, mən həmişə misal çəkirəm ki, 16 yaşlı alman gənc məktəbi bitirəndə öyrəndiyi bir peşə olur. Amma bizdə belə deyil. Oğlanları götürək. Təhsilini bitirən oğlan əmək bazarına 21-22 yaşında daxil olmağa başlayır. Bu, artıq onun üçün gec olur. Azərbaycanda gənclərin işsiz olmasının əsas səbəbi əhali artım dinamikası ilə bağlıdır. Əhalinin ümumiyyətlə 64 faizi yaşı 40-a çatmayanlardır. Bu, doğumun yüksək səviyyəsi ilə xarakterizə olunur. Hər 100 nəfərə 8.4. min nəfər artım var. Bu isə Rusiyada 0 həddindədir. İş bazarında 4 faizi ahıl insanlardər. Demoqrafik və təhsil faktor, ümumi əhali sıxlığı, hər kvadrat kilometrə 142 nəfər düşməsi ciddi faktorlardır. Halbuki Qazaxıstanda bu rəqəm 6.2, Rusiyada 8.5 nəfərdir. Hələ nəzərə almalıyıq ki, bizim ərazimizin 20 faizi işğal altındadır. Bundan başqa, əhalinin coğrafi olaraq qeyri-bərabər paylanması da vacib faktorlardandır. Elə rayonlar var ki, orda əhali sıxlığı azdır. Bu da coğrafi baxımdan qeyri-bərabər bölünmənin nəticəsidir. Rayonlarda iş yerinin olmaması, aqrar sektorun çökməsi, yerlərdə olan aqrar sektor sahəsinin inkişaf etməməsi ciddi səbəblər sırasındadır”.
5 il sonra öləcək peşələrlə bağlı xəbərdarlıq edilib

S.Məmmədov bildirdi ki, hazırkı təhsil sistemi praktik vərdişləri olan məzun yetişdirə bilmir. Onun sözlərinə görə, bu da həmin məzunların əmək bazarına daxil olmasında problemlər yaradır: “İşəgötürən istəyir ki, qəbul elədiyi adam işə peşəkar səviyyədə başlasın. Amma bizim təhsil sistemimiz hələ belə kadr yetişdirə, mütəxəssis hazırlaya bilmir. Ümumi iqtisadi fəal əhalinin 22 faizini gənclər təşkil etməsi böyük rəqəm deyil, amma gənclər arasında da işsizlik istisna deyil”.

Müsahibimizin sözlərinə görə, prezident İlham Əliyev yeni təhsil naziri ilə danışığı zamanı ona 5 il sonra sıradan çıxacaq peşələrlə bağlı xəbərdarlıq edib və o peşələr üzrə təhsilin davam etdirilməməsi ilə bağlı fikrini deyib: “Prezident təhsilin planlaşdırılması üzərində dayanır. Dövlətə, büdcəyə pul gətirən sahə enerji sektorudur. Amma enerji sektoru da əmək tutumlu deyil. Orada əhalinin maksimim 1 faizi işləyə bilir. Aqrar sektor büdcəyə böyük vəsait gətirə bilər. Strateji yol xəritəsi hazırlanır. Bu tərəfdən susuzluq problemi ortaya çıxır. Bir tərəfdən proqramlar qəbul olunur, o biri tərəfdən problemlər artır. Zootexnik, aqronom peşələrinə ehtiyac var. Tapa bilmirlər. Zavodlar qurulur, amma işsizlik qalır. Məşğulluq barədə düzgün olmayan statistika mövcuddur. Guya 5 milyon məşğul olan insandan 1.5 milyon insanın əmək müqaviləsi var. Bu sayı maksimum 2 milyon hesab edək. Yerdə qalan 3 milyon haqda məlumat yoxdur. Onlarla müqavilə bağlanıb - amma pandemiya dönəmində aylarla ödənişsiz məzuniyyətə buraxıb. Dövlət onlarla bağlı təminat verməlidir. Epizodik və mövsümi məşğul olan insanlar var - əkin, pambıqçlıq dövründə. İnsan tam məşğuldursa, onları qeydiyyata salmaq lazımdır. Mövsümi və epizodik məşğul olan insanlar ümumən məşğul kimi göstərilə bilməz”.
Razi Nurullayev: “Azərbaycan gənclərinə ürəyim ağrıyır”

Millət vəkili Razi Nurullayev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycanda nəinki gənc nəsil, orta yaşlılar arasında da işsizlik problemi geniş yayılıb. Onun sözlərinə görə, sərt karantin rejiminə görə də iş yerləri azalıb, təşkilatlar iflas səviyyəsinə çatıb: “Mən sərt karantin rejimini ilk günlərdən bəyənməmişəm. Hökumətin sərt karantinə getməklə pandemiyanın qarşısına almağa çalışırdı. Amma daha böyük problemlər ortaya çıxdı. İnsanlar narazıdır, bütün pulları, dar gün üçün saxladıqları vəsaitlər bitib. İqtisadiyyat, turizm sıradan çıxıb. Psixoloji problemlər də çoxalır insanlar arasında. Bu da özlüyündə gənclərin də işsizlik problemlərini artırır. Bu işin arxasında dayananlar cənab prezidentə yanlış rəy veriblər. ”Kəsərik, doğrayarıq" ritorikası ilə addım atmaq olmaz".

R.Nurullayev hesab edir ki, kiçik, orta və böyük müəssisələr bankrot həddinə çatıbsa, işsizliklə bağlı mənzərə də qaçılmazdır: “Ölkənin 100 nəfər işsizi varsa, onun 80 nəfəri öz hesabına məzuniyyətə buraxılıbsa, biz necə vəziyyətin yaxşı olduğunu deyə bilərik? Azərbaycan gənclərinə ürəyim ağrıyır. İşləyirlər, amma aldıqları əməkhaqqı çox aşağıdır. İnsanların həyat keyfiyyətinin yaxşılaşdırılması üçün gəlirli, stabil iş yerləri olmalıdır. Gənclərin yarıdan çoxu daş hörgü edir, sement qarışdırır. Yarısı Qaradağda ”KamAZ"lara daş yükləyir. Bu daşlarla da Azərbaycanın hasara bürünməsinə çalışırlar".

Sosioloq “Ali məktəb məzunu gedib tikintidə çalışır” deyir

Sosioloq Təranə Əliyeva isə hesab edir ki, ali məktəbə qəbul olmaq üçün illərlə çalışan, özəl hazırlıq kurslarına, özəl məşğələlərə gedən abituriyentlər tələbə adını qazanandan sonra əsl çətinlik başlayır. Belə ki, bir çox gənclər ali məktəbi bitirdikdən sonra iş tapmaq problemi ilə üzləşir. Onun sözlərinə görə, gənclər 4 il əziyyət çəkib universitet oxuyur, ixtisaslı kadr kimi yetişir, amma bəzən bu da onların işlə təmin olunmasına kömək edə bilmir: “Bu halda kişilər gedib tikintidə ağır işlərdə işləyirlər. Ali savadlı gənc qızlar hansısa bir şirkətdə qarşılama xidmətində çalışırlar. Bir çox hallarda gənclər iş tapmaq ümidi ilə xaricə, yaxud yaxın Rusiya və Türkiyəyə gedirlər. Bu da onların gələcək taleyinə təsir göstərir. Bir çoxları elə oradaca ailə qurub yaşamağa davam edirlər. Bir qism illərlə vətən üzü görmür. İşsizlik son illərdə bir çox ailələrin dağılma səbəbidir. Bu da statistikada özünü göstərir”.

Müsahibimizin sözlərinə görə, bəzən işə qəbulla bağlı müxtəlif qurumlarda keçirilən imtahanlar da qeyri-obyektiv nəticələrə görə gənclərdə ümidsizlik yaradır. Gənclər ən yaxşı halda tanışlıq və tapşırıq vasitəsilə arzuladıqları şirkətlərdə, rəsmi qurumlarda işə düzəlmənin yollarını axtarırlar: “Halbuki böyük şirkətlər öz sahələri üzrə peşəkar kadra sahib olmaq üçün həmin ixtisas üzrə universitetlərin son kurslarında oxuyan tələbələr arasında seçim etməli, müsahibə keçirməli və onları işə götürməlidir. Çünki Azərbaycanda bu təcrübədən xarici şirkətlər daha çox istifadə edirlər. Onlar öz işçilərini həm də bu yolla seçirlər. Yerli şirkətlər, nazirliklər də bu vasitə ilə uğurlu məzunları öz yanlarına cəlb edə bilərlər”.
Gənclərin işsizlik problemi - gerçək səbəblər və vəziyyətdən çıxış yolları...

Sevinc TELMANQIZI
Oxunub: 84