Son Xəbərlər
23-01-2023, 18:12Göyçay rayonunda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb27-11-2022, 11:28Göyçay Rayon Mərkəzi Xəstəxanasında şəhidlərimizin xatirəsinə "Ağacəkmə" aksiyası keçirildi.16-11-2022, 08:15Göyçayda “Narçılıqla bağlı həyata keçirilən işlər və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib13-11-2022, 09:09“Art terapiya ilə duyğularını daha aydın ifadə et!” adlı layihə çərçivəsində növbəti həftə seansı keçirilib8-11-2022, 17:46Şəhid Aslan Əliyevin ikinci ildönümü qeyd olundu3-11-2022, 12:50Göyçayda azyaşlı qız uşağını maşın vuraraq öldürdü3-11-2022, 12:38Rayonunun Ləkçılpaq kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirildi2-11-2022, 14:16Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsi çərçivəsində qalib olan "Şagirdlərdə analitik qabiliyyət və özünüifadə bacarıqlarının artırılması üçün Meys debatlarının təşkili" layihəsi FOTO27-10-2022, 19:54Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb27-10-2022, 19:45Prezidentdən DTX ilə bağlı fərman27-10-2022, 19:41İcra başçılarının səlahiyyətləri artırıldı27-10-2022, 19:36DİN-ə yeni səlahiyyət verildi27-10-2022, 18:16"Qeyd Sosial Maarifləndirmə" İctimai Birliyi “Zəfər Günü” münasibətilə müsabiqəyə start verdi26-10-2022, 13:13Göyçayda "ŞƏHİD"-in Anım Günü Keçirildi FOTO26-10-2022, 13:02Göyçayda Şəhidin Adına Sinif Otağı Təqdim Olundu FOTO24-10-2022, 11:39Şəhid Orucov Bayram Çərkəz oğlunun ildönümü qeyd olundu23-10-2022, 06:20Ulu Öndərin dövlət gənclər siyasətini uğurla davam etdirən gəncimiz Səma Vahabzadə - FOTO19-10-2022, 15:13Göyçay royonu Çaxırlı kənd ümumi orta məktəbində Şəhid Elnur Ərəstun Oğlu Əliyevin Anım Günü Keçirilmişdir.19-10-2022, 09:16Göyçayda "ŞƏHİD" Elnur Ərəstun Oğlu Əliyevin Anım Günü Keçirildi.19-10-2022, 08:29Vilayət Eyvazovdan yeni TƏYİNAT17-10-2022, 13:21Prezident Göyçaya yeni icra başçısı təyin edib - SƏRƏNCAM16-10-2022, 12:31Göyçayda “Art terapiya ilə duyğularını daha aydın ifadə et!” layihəsinin təqdimatı keçirilib14-10-2022, 09:29“Art terapiya ilə duyğularını daha aydın ifadə et!” layihəsinin təqdimatı keçiriləcəkdir14-10-2022, 07:23Bu gün Şəhid Eyvazov Əli Seyran Oğlunun Anım Günü Qeyd Olunacaq.14-10-2022, 07:22Bu gün "ŞƏHİD" Həsənov Xəyal Zeynəddin Oğlunun Anım Günü Qeyd Olunacaq.13-10-2022, 17:01Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində göstərilir ki, hər bir vətəndaşın Sosial Rifah Hüququ vardır13-10-2022, 16:56“Ğöyçay tarixi” adlı kitabın təqdimat mərasimi keçirildi
Top 10
23-01-2023, 18:12Göyçay rayonunda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb27-11-2022, 11:28Göyçay Rayon Mərkəzi Xəstəxanasında şəhidlərimizin xatirəsinə "Ağacəkmə" aksiyası keçirildi.16-11-2022, 08:15Göyçayda “Narçılıqla bağlı həyata keçirilən işlər və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib13-11-2022, 09:09“Art terapiya ilə duyğularını daha aydın ifadə et!” adlı layihə çərçivəsində növbəti həftə seansı keçirilib8-11-2022, 17:46Şəhid Aslan Əliyevin ikinci ildönümü qeyd olundu3-11-2022, 12:50Göyçayda azyaşlı qız uşağını maşın vuraraq öldürdü3-11-2022, 12:38Rayonunun Ləkçılpaq kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirildi2-11-2022, 14:16Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsi çərçivəsində qalib olan "Şagirdlərdə analitik qabiliyyət və özünüifadə bacarıqlarının artırılması üçün Meys debatlarının təşkili" layihəsi FOTO27-10-2022, 19:54Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb27-10-2022, 19:45Prezidentdən DTX ilə bağlı fərman
Göyçay rayonunda Vətən müharibəsinin şəhidi Əhmədov Zamiq Çingiz oğlunun şəhidlik zirvəsinə yüksəlməsinin ildönümü qeyd olundu









Sentyabrın 27-də rayonun Ləkçılpaq kəndində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Əhmədov Zamiq Çingiz oğlunun məzarı ziyarət olunmuş və şəhidlərin xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı olmuşdur.
Əvvəlcə tədbir iştirakçıları Ləkçılpaq kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edərək üzərinə gül-çiçək dəstələri düzmüş, onun həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş kənd sakinlərinin əziz xatirəsini etiramla yad etmişlər.
Sonra tədbir iştirakçıları və şəhid valideyinləri kənddə inşa edilmiş bulaq kompleksinin açılışında iştirak edərək önünə gül-çiçək dəstələri düzmüşlər.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev Vətən müharibəsinin 44 günü ərzində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etdiyini, bu möhtəşəm qələbənin şəhidlərimizin qanı, canı bahasına əldə edildiyini, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edildiyini diqqətə çatdırdı.
Mərasimdə çıxış edənlər Vətən müharibəsində xalqımızın sarsılmaz birliyi ilə Müzəffər Azərbaycan Ordusunun rəşadəti hesabına möhtəşəm qələbə əldə edildiyini qeyd etdilər. Hərbi əməliyyatlarda Göyçay rayonundan olan qəhrəman oğullarımızın da nümayiş etdirdikləri misilsiz rəşadətin hamımızı qürurlandırdığını, onların həyat yolunu, qəhrəmanlıq nümunələrini öyrənmək və təbliğ etmək hamımızın borcu olduğunu vurğuladılar.
Bulaq kompleksinin açılışında Ləkçılpaq kənd tam orta məktəbin şagirdləri şəhidlərə və qələbəmizə həsr olunmuş şeirlər səsləndirdilər.
Sonda şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etdilər.
Xatırladaq ki, şəhid Zamiq Əhmədov 27 sentyabr 2020-ci il tarixdə Ağdam istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Oxunub: 50