Son Xəbərlər
23-01-2023, 18:12Göyçay rayonunda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb27-11-2022, 11:28Göyçay Rayon Mərkəzi Xəstəxanasında şəhidlərimizin xatirəsinə "Ağacəkmə" aksiyası keçirildi.16-11-2022, 08:15Göyçayda “Narçılıqla bağlı həyata keçirilən işlər və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib13-11-2022, 09:09“Art terapiya ilə duyğularını daha aydın ifadə et!” adlı layihə çərçivəsində növbəti həftə seansı keçirilib8-11-2022, 17:46Şəhid Aslan Əliyevin ikinci ildönümü qeyd olundu3-11-2022, 12:50Göyçayda azyaşlı qız uşağını maşın vuraraq öldürdü3-11-2022, 12:38Rayonunun Ləkçılpaq kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirildi2-11-2022, 14:16Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsi çərçivəsində qalib olan "Şagirdlərdə analitik qabiliyyət və özünüifadə bacarıqlarının artırılması üçün Meys debatlarının təşkili" layihəsi FOTO27-10-2022, 19:54Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb27-10-2022, 19:45Prezidentdən DTX ilə bağlı fərman27-10-2022, 19:41İcra başçılarının səlahiyyətləri artırıldı27-10-2022, 19:36DİN-ə yeni səlahiyyət verildi27-10-2022, 18:16"Qeyd Sosial Maarifləndirmə" İctimai Birliyi “Zəfər Günü” münasibətilə müsabiqəyə start verdi26-10-2022, 13:13Göyçayda "ŞƏHİD"-in Anım Günü Keçirildi FOTO26-10-2022, 13:02Göyçayda Şəhidin Adına Sinif Otağı Təqdim Olundu FOTO24-10-2022, 11:39Şəhid Orucov Bayram Çərkəz oğlunun ildönümü qeyd olundu23-10-2022, 06:20Ulu Öndərin dövlət gənclər siyasətini uğurla davam etdirən gəncimiz Səma Vahabzadə - FOTO19-10-2022, 15:13Göyçay royonu Çaxırlı kənd ümumi orta məktəbində Şəhid Elnur Ərəstun Oğlu Əliyevin Anım Günü Keçirilmişdir.19-10-2022, 09:16Göyçayda "ŞƏHİD" Elnur Ərəstun Oğlu Əliyevin Anım Günü Keçirildi.19-10-2022, 08:29Vilayət Eyvazovdan yeni TƏYİNAT17-10-2022, 13:21Prezident Göyçaya yeni icra başçısı təyin edib - SƏRƏNCAM16-10-2022, 12:31Göyçayda “Art terapiya ilə duyğularını daha aydın ifadə et!” layihəsinin təqdimatı keçirilib14-10-2022, 09:29“Art terapiya ilə duyğularını daha aydın ifadə et!” layihəsinin təqdimatı keçiriləcəkdir14-10-2022, 07:23Bu gün Şəhid Eyvazov Əli Seyran Oğlunun Anım Günü Qeyd Olunacaq.14-10-2022, 07:22Bu gün "ŞƏHİD" Həsənov Xəyal Zeynəddin Oğlunun Anım Günü Qeyd Olunacaq.13-10-2022, 17:01Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində göstərilir ki, hər bir vətəndaşın Sosial Rifah Hüququ vardır13-10-2022, 16:56“Ğöyçay tarixi” adlı kitabın təqdimat mərasimi keçirildi
Top 10
23-01-2023, 18:12Göyçay rayonunda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb27-11-2022, 11:28Göyçay Rayon Mərkəzi Xəstəxanasında şəhidlərimizin xatirəsinə "Ağacəkmə" aksiyası keçirildi.16-11-2022, 08:15Göyçayda “Narçılıqla bağlı həyata keçirilən işlər və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib13-11-2022, 09:09“Art terapiya ilə duyğularını daha aydın ifadə et!” adlı layihə çərçivəsində növbəti həftə seansı keçirilib8-11-2022, 17:46Şəhid Aslan Əliyevin ikinci ildönümü qeyd olundu3-11-2022, 12:50Göyçayda azyaşlı qız uşağını maşın vuraraq öldürdü3-11-2022, 12:38Rayonunun Ləkçılpaq kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirildi2-11-2022, 14:16Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsi çərçivəsində qalib olan "Şagirdlərdə analitik qabiliyyət və özünüifadə bacarıqlarının artırılması üçün Meys debatlarının təşkili" layihəsi FOTO27-10-2022, 19:54Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb27-10-2022, 19:45Prezidentdən DTX ilə bağlı fərman
Xəstələnək amma xəstəxanaya getməyək -CƏMİYYƏT

Səhiyəmizin vəziyyəti heçdə təhsildən, mədəniyyətdən seçilmir. Bəzi dəyişikliklər olur. Adlar soyadlar əməlli başlı fırlanır. Xəstəxana Tibbi sığortaya çevrilir. TƏBİB olub heç xəstəyə təbib kimi əlac etmir.
Son vaxtlar xəstəxanalarda, səhiyyə mərkəzlərində baş verən proseslərlə bağlı şikayətlər çoxdur: “Xüsusilə də həkimlərin rüşvət alması, dövlət tərəfindən təmin olunan dərmanların çoxunun verilməməsi ilə bağlı şikayətlər var. Bir çox xəstəliklərə görə, dərmanlar pulsuz verilməlidir. Ancaq bəzi xəstəxanalarda vermirlər. Son vaxtlar da səhiyyə sektorunda biraz qarışıqlıq var. Bildiyimiz kimi 3 dövlət təşkilatı fəaliyyət göstərir: Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta. Əhali çaşbaş qalır. Bilmirlər ki, hansı problemlərini hansı quruma müraciət edilməlidir. Düşünürəm ki, səhiyyədə mərkəzləşdirilmiş sistem qurulmalıdır. Həmin üç təşkilatın birləşərək müəyyən bir formada koordinasiyalı mərkəz yaradılmalıdır, islahatlar aparılmalıdır. Xüsusilə də pandemiya dövründə dərmanlarla bağlı çətinlik var. İnsanlar dərman ala bilmirlər. Tanışlıqla və yaxud pulla dərman alırlar. Bu da əhalidə narazılıq yaradır. Ona görə də ya daha yüksək nəzarət orqanı yaradılmalıdır, ya da ki, şikayətlər dərhal yerində baxılmalıdır. İndiki dövrdə tibbi xidmət daha yaxşı olmalıdır. Çünki buna ehtiyac var. İnsanlarda xəstəliklər müalicə olunmalı, immunitet yüksək olmalıdır ki, virusa yoluxma sayı az olsun. Ona görə də səhiyyə sektorunda sürətli və çox ciddi islahatlar aparılmalıdır. Bu artıq indiki dövrdə həyati dərəcədə vacibdir.
Keçən il sanki İşğal altına düşmüş səhiyyəmiz işğaldan azad edildi. Əslində dəyişən heç nə yoxdu. Ramin Bayramlı getdi, onunla bərabər səhiyyəmizdəki bütün səhvlər getmədi ki.. Oqtay Şirəliev gedəndən sonra guya hər şey güllük -gülüstanlıq olmuşdu? Bu gün problem ayrı ayrı rəhbərlərdə yox, ümumilikdə korrupsiyalaşmış səhiyyə sistemimizdədir. Nə fərqi var kim gedib, kim gəlir. Hamısı əllərindəki var olan proqramla , öncədən açılmış cığırla irəliləyəcəklər.
Problem yalnızca səhiyyə sistemimizlə bitmir. Bir qurumun idarəçiliyini iki və bəzən daha çox idarələrə tapşıranda məsələ içindən çıxılmaz qəliz hal alır, dönüb olur ikibaşlı əjdaha. Hansısa məmur öz əzizinə vəzifə təşkil eləmək istəyən kimi mühüm bir dövlət qurumuna paralel yaradır, əlavə gərəksiz şöbələr açır, qoçların başı bir qazana sığmayanda sistem iflic olur.
Təhsil Nazirliyi Sovet dönəmində bir dənə idi, işini də öz çapında yerinə yetirirdi. İndi İmtahan Mərkəzi ayrı, Tələbə Qəbulu Mərkəzi ayrı, nazirlik ayrı,məktəbəqədər təhsil müəssisələri ayrı, Bakı şəhər təhsil idarəsi ayrı. Mütləq şəkildə hər il ali məktəblərə qəbul imtahanlarında bir yenilik edilir. Heç kim əmin deyil ki, bu ilki qaydalar gələn il işləyəcək.
Və ya maliyyə sistemimizdə. 2017- ci ildə Maliyyə Bazarına Nəzarət Palatası yaradıldı. Bank sektorunu,maliyyə bazarını sağlamlaşdırmaq məqsədilə .Ara yerdə bank bazarı zəiflədildi, axırda palata özü yarasız elan edilidi, səlahiyyəti yenidən qaytarıldı Mərkəzi Banka. Bu bir qədər spesifik sahədir deyə hamını narahat etməyə bilər, amma səhiyyə və təhsil birbaşa hər vətəndaşa aid olan sahədir.
Bu gün istənilən vətəndaşa İTS ilə bağlı sual versən çətin razılıq bildirər. Hər ay maaşımızdan kəsilən vəsait var. Amma almalı olduğumuz xidmət yoxdur. İcbari Tibbi Sığortanın( İTS) xidmət hüquqları özəl xəstəxanalara da verilməlidir. Hər ay sığorta pulunu vaxtı vaxtında boğazından kəsib verən vətəndaşa “ bu xidmət yoxdur, o aparat bizdə yoxdur, bu paketə daxil deyil” kimi min bir bəhanə ilə tibb şousu göstərilməməlidir. Bayramlı getdi , abyram olası deyil , bütün səhvlər getmədi ki, Oqtay Şirəliev gedəndən sonra guya hər şey güllük gülüstanlıq olmuşdu?
Söhbət dövlət xəstəxanalarında olmalı olan texniki təchizat və mütəxəssislərdən, xidmətin keyfiyyətindən gedir. Yaradılmış boşluqdan alverçi düşüncəli həkimlər və idarəçilər öz istədikləri kimi yararlanırlar. İTS sisteminin Azərbaycanda hələ layihəsi hazırlanarkən araşdırılmalıydı, bu paketə nələr daxil ediləcək, xəstənin müalicə və müayinəsi üçün lazım olan avadanlığın hamısı dövlət xəstəxanalarında varmı, kənar ödənişlər olacaqmı? Bu gün təkcə rəhbərlikdə yox, sistemdə nasazlıq var. Həkimin maaşı xəstədən çıxırsa onun pulsuz müalicə edəcəyini nə dərəcədə tələb eləmək olar və o nə qədər bu vəziyyətə dözər? Kovid çarpayılarını, kovid pasportlarının satılması nə ilkdir, nə sonuncu, əksinə indiki şəraitin uzadılmasında maraqlı olan həkimlərimiz var. Ara yerdə kimlərsə qurban edilir, dəyirman bildiyi kimi fırlanır yenə. Əslində bütün resurslar var, sadəcə biz haqqımız olanı kollektiv şəkildə tələb etməyi bacarmırıq hələ. Ramin Bayramlı getdi , həm də özünə ən rahat şəkildə getdi. Yığdığını yığdı, etdiyini etdi, ( daha doğrusu etməli olduqlarını etmədi) gedib indi rahatca xımır-xımır işləmədiyini dişləyəcək. TƏBİB-lə Səhiyyə Nazirliyi arasında qalan yenə bizik. Hərə arabanı öz bildiyi tərəfə dartacaq.
Bu qədər suallar, problemlər varkən aidiyyəti qurumlar susur. Sanki vəzifəyə elə susmaq, kar, kor, lal olmaq üçün təyin olunurlar.
Bu gün səhiyyəmiz elə gündədir ki, insanlar ölməyə razıdırlar, xəstələnməyə yox. Bu qiymət vermək üçün yetərli deyilmi?
Regionlarda TƏBİB adı gələndə cəmiyyət sanki sükuta dönür. Vətəndaş xəstəxanaya getməkdənsə illər əvvəlki türkəçarə axtarır. Mən sadəcə səhiyyəsi məhf olmuş bir məmləkətdə əsil Hİpokrat andı içmiş, ağ xələtli mələk simalı həkim axtarıram. Sağlamlığımız naiminə gəlin hamımız həkim olaq. Ölkəmizdə pulu olan nazir, direktor, müdir, sahibkar öz əlacını xaricdə axtarır. Xaricdə müalicə axtaran vətəndaşımıza TƏBİB kömək olmur. Gündəlik artan əmək haqqı, yağışdan sonra çıxan həkimlər, pulla özlərini reklam edən pul qazanan fırıldaqçılar. Budur gündəm, reallıq, fakt.
Ardı var.. Oxunub: 77