Son Xəbərlər
23-01-2023, 18:12Göyçay rayonunda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb27-11-2022, 11:28Göyçay Rayon Mərkəzi Xəstəxanasında şəhidlərimizin xatirəsinə "Ağacəkmə" aksiyası keçirildi.16-11-2022, 08:15Göyçayda “Narçılıqla bağlı həyata keçirilən işlər və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib13-11-2022, 09:09“Art terapiya ilə duyğularını daha aydın ifadə et!” adlı layihə çərçivəsində növbəti həftə seansı keçirilib8-11-2022, 17:46Şəhid Aslan Əliyevin ikinci ildönümü qeyd olundu3-11-2022, 12:50Göyçayda azyaşlı qız uşağını maşın vuraraq öldürdü3-11-2022, 12:38Rayonunun Ləkçılpaq kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirildi2-11-2022, 14:16Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsi çərçivəsində qalib olan "Şagirdlərdə analitik qabiliyyət və özünüifadə bacarıqlarının artırılması üçün Meys debatlarının təşkili" layihəsi FOTO27-10-2022, 19:54Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb27-10-2022, 19:45Prezidentdən DTX ilə bağlı fərman27-10-2022, 19:41İcra başçılarının səlahiyyətləri artırıldı27-10-2022, 19:36DİN-ə yeni səlahiyyət verildi27-10-2022, 18:16"Qeyd Sosial Maarifləndirmə" İctimai Birliyi “Zəfər Günü” münasibətilə müsabiqəyə start verdi26-10-2022, 13:13Göyçayda "ŞƏHİD"-in Anım Günü Keçirildi FOTO26-10-2022, 13:02Göyçayda Şəhidin Adına Sinif Otağı Təqdim Olundu FOTO24-10-2022, 11:39Şəhid Orucov Bayram Çərkəz oğlunun ildönümü qeyd olundu23-10-2022, 06:20Ulu Öndərin dövlət gənclər siyasətini uğurla davam etdirən gəncimiz Səma Vahabzadə - FOTO19-10-2022, 15:13Göyçay royonu Çaxırlı kənd ümumi orta məktəbində Şəhid Elnur Ərəstun Oğlu Əliyevin Anım Günü Keçirilmişdir.19-10-2022, 09:16Göyçayda "ŞƏHİD" Elnur Ərəstun Oğlu Əliyevin Anım Günü Keçirildi.19-10-2022, 08:29Vilayət Eyvazovdan yeni TƏYİNAT17-10-2022, 13:21Prezident Göyçaya yeni icra başçısı təyin edib - SƏRƏNCAM16-10-2022, 12:31Göyçayda “Art terapiya ilə duyğularını daha aydın ifadə et!” layihəsinin təqdimatı keçirilib14-10-2022, 09:29“Art terapiya ilə duyğularını daha aydın ifadə et!” layihəsinin təqdimatı keçiriləcəkdir14-10-2022, 07:23Bu gün Şəhid Eyvazov Əli Seyran Oğlunun Anım Günü Qeyd Olunacaq.14-10-2022, 07:22Bu gün "ŞƏHİD" Həsənov Xəyal Zeynəddin Oğlunun Anım Günü Qeyd Olunacaq.13-10-2022, 17:01Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində göstərilir ki, hər bir vətəndaşın Sosial Rifah Hüququ vardır13-10-2022, 16:56“Ğöyçay tarixi” adlı kitabın təqdimat mərasimi keçirildi
Top 10
23-01-2023, 18:12Göyçay rayonunda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb27-11-2022, 11:28Göyçay Rayon Mərkəzi Xəstəxanasında şəhidlərimizin xatirəsinə "Ağacəkmə" aksiyası keçirildi.16-11-2022, 08:15Göyçayda “Narçılıqla bağlı həyata keçirilən işlər və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib13-11-2022, 09:09“Art terapiya ilə duyğularını daha aydın ifadə et!” adlı layihə çərçivəsində növbəti həftə seansı keçirilib8-11-2022, 17:46Şəhid Aslan Əliyevin ikinci ildönümü qeyd olundu3-11-2022, 12:50Göyçayda azyaşlı qız uşağını maşın vuraraq öldürdü3-11-2022, 12:38Rayonunun Ləkçılpaq kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirildi2-11-2022, 14:16Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsi çərçivəsində qalib olan "Şagirdlərdə analitik qabiliyyət və özünüifadə bacarıqlarının artırılması üçün Meys debatlarının təşkili" layihəsi FOTO27-10-2022, 19:54Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb27-10-2022, 19:45Prezidentdən DTX ilə bağlı fərman
Mədəniyyətsiz mədəniyyətimiz -GÜNDƏM

Qeyd edim ki, Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2021-ci il və 2022-ci ilin birinci yarısında Mədəniyyət Nazirliyinin müraciəti əsasında 11 halda araşdırma aparılıb. Araşdırmalar nəticəsində Bakı şəhəri, Bərdə, Şamaxı, Ağcabədi və Kürdəmir rayonları ərazisində yerləşən mədəniyyət müəssisələrinin rəhbər vəzifəli şəxslərinin əsasən dələduzluq, mənimsəmə və israf etmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı cinayətləri törətmələri faktlarına dair 8 cinayət işi başlanıb. Bunlardan 4 şəxs barəsində 4 cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib, 1 cinayət işi üzrə dövlətə vurulmuş zərərin ödənilməsi təmin edildiyindən icraata xitam verilib, 3 cinayət işi üzrə isə hazırda istintaq davam etdirilir.
Dövlət büdcəsinə vurulmuş 1 milyon 870 min manat zərərin 917 min manat hissəsinin istintaq dövründə ödənilməsi təmin edilib. Bu cinayət işləri çərçivəsində konkret olaraq nəyin araşdırıldığı və kimlərin məsuliyyətə cəlb edildiyi açıqlanmır. Xatırladaq ki, 2020-ci ilin mayında korrupsiya ilə bağlı qalmaqallardan və nazir müavini də daxil olmaqla, bir neçə yüksək vəzifəli məmur həbs edildikdən sonra Mədəniyyət Nazirliyinin rəhbərliyi dəyişdirilib.
Amma belə görünür ki, sabiq nazir Əbülfəs Qarayevin qurduğu mürəkkəb “rüşvət sxemi” ondan sonrakı dövrdə də işləyib. Azərbaycanın uzunömürlü nazirlərindən biri də Əbülfəs Qarayev idi. Əbülfəs Qarayev 1994-cü ildən 2001-ci ilədək gənclər və turizm naziri, 2001-ci ildən 2006-cı ilədək gənclər, idman və turizm naziri, 2006-cı ildən 2018-ci ilədək mədəniyyət və turizm naziri, 2018-ci ildən isə mədəniyyət naziri postunu tuturdu. Mədəniyyət Nazirliyi sahəsində rüşvət və yeyinti faktlarının qarşısını niyə almaq mümkün olmur? Əbülfəs Qarayevə qarşı konkret ittihamlar olsa da, onu həbs etmədilər. Bu cəzasızlıq mühiti isə nisbətən aşağı ranqlı məmurları “ürəkləndirir”. Azərbaycanda mütəşəkkil cinayətkarlıq, irimiqyaslı korrupsiya halları baş vermiş dövlət qurumlarının bəzi rəhbərləri cinayət məsuliyyətinə cəlb edilməyib. Məsələn, keçmiş rabitə naziri Əli Abbasov, milli təhlükəsizlik naziri Eldar Mahmudov, xarici işlər naziri Elmar Məmmədyarov, mədəniyyət naziri Əbülfəs Qarayev vəzifələrindən azad edilsələr də, həbs edilməyiblər. Baxmayaraq ki, adıçəkilən dövlət qurumlarının yüksək rütbəli məmurları ən ağır cinayətlərdə ittiham edilərək, məhkum edilib. Bu ittihamlar sırasında dövlətin yüz milyonlarla əmlakını mənimsəmə, quldurluq, adam oğurluğu, vəzifə saxtakarlığı və s. kimi əməllər var. İstintaq və məhkəmə prosesləri zamanı bu məmurların cinayətə bulaşdıqlarını təsdiq edən konkret sübutlar təqdim edilib, şahid ifadələri səsləndirilib. Amma məhkəmə və dövlət ittihamını müdafiə edən prokurorluq orqanları məmurlar barəsində heç bir hüquqi addım atmayıblar. Bu səbəbdən də təkcə mədəniyyət deyil, digər sahələrdə də korrupsiya hallarının qarşısını almaq çətinləşir. Həbsdən kənarda qalanlar ümumilikdə korrupsiyaya qarşı mübarizəyə çox ciddi ziyan vurur. Ümumən götürəndə Azərbaycanda yalnız bəzi icra başçıları korrupsiya ittihamı ilə vəzifələrindən azad olunublar. Nazirlərin əksəriyyəti isə sadəcə, korrupsiyaya görə vəzifədən azad olunublar. Bu baxımdan ilk növbədə korrupsiya faktları araşdırılıb sübuta yetirilməlidir. Maliyyə sənədlərini araşdırmaqla bu və ya digər qurumda nə qədər maliyyə pozuntusunun olduğunu aydınlaşdırmaq olar. Bilmək olar ki, nə qədər maxinasiyalar olub. Korrupsiya faktlarını müəyyən etmək üçün o sənədləri tədqiq etmək lazımdır. Bunu isə hüquq-mühafizə orqanları edə bilmirlər. Hüquq-mühafizə orqanı əməkdaşı gedib Maliyyə Nazirliyində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və ya İqtisadiyyat Nazirliyində deyə bilməz ki, verin sənədlərinizə baxım, görüm nə qədər maliyyə itkisi var. Hətta baxsa belə, heç nə başa düşməz, çünki polis və ya prokurorluq işçisi o sahənin adamı deyil. Burada yalnız köhnə nazirləri, məmurları əvəz edən yenilər öz sözünü deyə bilər. Onlar fəaliyyətləri əsnasında yeyinti faktlarını üzə çıxartmalıdırlar. Yeni gələnlər çox aydın şəkildə görə bilərlər ki, öncəki məmur nə çirkli işlərlə məşğul olub. Çox təəssüf ki, yeni gələn məmur, nazir, yerli icra başçısı köhnənin əməlləri ilə bağlı susur, üstünü açmır. Çünki eyni mexanizmlərdən özü də istifadə etmək istəyir. Baxır ki, öncəki hansı yollarla pul qazanıb, onun üstünü açsa, onu tutacaqlar, ancaq özü istifadə edə bilməyəcək. Hətta işdən çıxarılan məmuru həmin faktlarla şantaj da edə bilər ki, əməllərinin üzə çıxmasını istəmirsənsə, qazandığından filan qədər verməlisən. Ancaq yeni təyin olunan peşəkar kadrlar var ki, onlar üzə çıxarırlar, kimisi daha tez, kimisi bir qədər gec olsa da, müəyyən faktlar ortaya qoyurlar”.
Korrupsiyaya bulaşmış məmurun həbs edilməməsi çox ciddi problemlərin əsasını qoyur: “Nazirlikdə, komitədə və digər dövlət qurumunda 10 milyonlarla ölçülən korrupsiya faktı varsa, ilk olaraq həmin qurumun rəhbəri istintaqa cəlb olunmalı, barəsində həbs qərarı verilməlidir. Amma Azərbaycanda çox biabırçı ənənə yaranıb. Az qala nazirliyin qapıçısını da həbs edirlər, nazir qalır kənarda. Mədəniyyət Nazirliyində keçirilən antikorrupsiya əməliyyatında belə bir yanlış praktikadan istifadə olundu”.
Xarici təcrübədə də belə hallar var ki, kimsə gəlib vurduğu zərəri ödəyirsə, istintaqla əməkdaşlığa gedirsə, barəsində həbs-qətimkan tədbiri seçilmir:
Bu gün vəziyyət necədir Mədəniyətsiz mədəniyyətimiz. Regionlarda yaradılan mədəniyyət idarələri hansı vəziyyətdə çalışır. Rayonlarda mədəniyyət evləri, Heydər Əliyev mərkəzləri, Bayraq , Tarix Diyarşünaslıq və s. muzeylərin fəaliyyəti necə və kim tərəfindən tənzimlənir. Musiqi məktəbləri, uçaq incəsənət , yaradıcılıq mərkəzləri siyahı uzandıqca uzanır. Rayonda və kənd, qəsəbələrdə qapılar qıfllı olan toz basmış kitabxanalar. Kitabxana rəhbərləri və əmək haqqı alan çoxlu sayda kitabxana işçiləri son dəfə çalışdığı kitabxanada nə vaxt olub?
Səhiyyə, təhsildə olduğu acınacaqlı vəziyyət mədəniyyətdən də yan ötmür. Mədəniyyəmizin durumu heçdə ürək açan deyil. Tarixi abidələrin qorunması da göz önündədir. Regionlarda olan teatrlar son dəfə nə vaxt tamaşaçı görüb heç özləridə bilmir. Aktyor və aktrisalar hansı fəaliyyətlə məşğuldur?
Suallarımız çoxdur lakin cavab yoxdur.
Ardı var.. Oxunub: 102