Son Xəbərlər
23-01-2023, 18:12Göyçay rayonunda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb27-11-2022, 11:28Göyçay Rayon Mərkəzi Xəstəxanasında şəhidlərimizin xatirəsinə "Ağacəkmə" aksiyası keçirildi.16-11-2022, 08:15Göyçayda “Narçılıqla bağlı həyata keçirilən işlər və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib13-11-2022, 09:09“Art terapiya ilə duyğularını daha aydın ifadə et!” adlı layihə çərçivəsində növbəti həftə seansı keçirilib8-11-2022, 17:46Şəhid Aslan Əliyevin ikinci ildönümü qeyd olundu3-11-2022, 12:50Göyçayda azyaşlı qız uşağını maşın vuraraq öldürdü3-11-2022, 12:38Rayonunun Ləkçılpaq kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirildi2-11-2022, 14:16Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsi çərçivəsində qalib olan "Şagirdlərdə analitik qabiliyyət və özünüifadə bacarıqlarının artırılması üçün Meys debatlarının təşkili" layihəsi FOTO27-10-2022, 19:54Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb27-10-2022, 19:45Prezidentdən DTX ilə bağlı fərman27-10-2022, 19:41İcra başçılarının səlahiyyətləri artırıldı27-10-2022, 19:36DİN-ə yeni səlahiyyət verildi27-10-2022, 18:16"Qeyd Sosial Maarifləndirmə" İctimai Birliyi “Zəfər Günü” münasibətilə müsabiqəyə start verdi26-10-2022, 13:13Göyçayda "ŞƏHİD"-in Anım Günü Keçirildi FOTO26-10-2022, 13:02Göyçayda Şəhidin Adına Sinif Otağı Təqdim Olundu FOTO24-10-2022, 11:39Şəhid Orucov Bayram Çərkəz oğlunun ildönümü qeyd olundu23-10-2022, 06:20Ulu Öndərin dövlət gənclər siyasətini uğurla davam etdirən gəncimiz Səma Vahabzadə - FOTO19-10-2022, 15:13Göyçay royonu Çaxırlı kənd ümumi orta məktəbində Şəhid Elnur Ərəstun Oğlu Əliyevin Anım Günü Keçirilmişdir.19-10-2022, 09:16Göyçayda "ŞƏHİD" Elnur Ərəstun Oğlu Əliyevin Anım Günü Keçirildi.19-10-2022, 08:29Vilayət Eyvazovdan yeni TƏYİNAT17-10-2022, 13:21Prezident Göyçaya yeni icra başçısı təyin edib - SƏRƏNCAM16-10-2022, 12:31Göyçayda “Art terapiya ilə duyğularını daha aydın ifadə et!” layihəsinin təqdimatı keçirilib14-10-2022, 09:29“Art terapiya ilə duyğularını daha aydın ifadə et!” layihəsinin təqdimatı keçiriləcəkdir14-10-2022, 07:23Bu gün Şəhid Eyvazov Əli Seyran Oğlunun Anım Günü Qeyd Olunacaq.14-10-2022, 07:22Bu gün "ŞƏHİD" Həsənov Xəyal Zeynəddin Oğlunun Anım Günü Qeyd Olunacaq.13-10-2022, 17:01Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində göstərilir ki, hər bir vətəndaşın Sosial Rifah Hüququ vardır13-10-2022, 16:56“Ğöyçay tarixi” adlı kitabın təqdimat mərasimi keçirildi
Top 10
23-01-2023, 18:12Göyçay rayonunda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb27-11-2022, 11:28Göyçay Rayon Mərkəzi Xəstəxanasında şəhidlərimizin xatirəsinə "Ağacəkmə" aksiyası keçirildi.16-11-2022, 08:15Göyçayda “Narçılıqla bağlı həyata keçirilən işlər və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib13-11-2022, 09:09“Art terapiya ilə duyğularını daha aydın ifadə et!” adlı layihə çərçivəsində növbəti həftə seansı keçirilib8-11-2022, 17:46Şəhid Aslan Əliyevin ikinci ildönümü qeyd olundu3-11-2022, 12:50Göyçayda azyaşlı qız uşağını maşın vuraraq öldürdü3-11-2022, 12:38Rayonunun Ləkçılpaq kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirildi2-11-2022, 14:16Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsi çərçivəsində qalib olan "Şagirdlərdə analitik qabiliyyət və özünüifadə bacarıqlarının artırılması üçün Meys debatlarının təşkili" layihəsi FOTO27-10-2022, 19:54Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb27-10-2022, 19:45Prezidentdən DTX ilə bağlı fərman
Tarix:13 noy 09:09 Bölmə:xeberler
“Art terapiya ilə duyğularını daha aydın ifadə et!” adlı layihə çərçivəsində növbəti həftə seansı keçirilib




12 noyabr 2022-ci il tarixində Mərkəzi Aran Regional Təhsil İdarəsi, Göyçay şəhər 4 nömrəli tam orta məkətbində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi" çərçivəsində icra edilən “Art terapiya ilə duyğularını daha aydın ifadə et!” adlı layihənin tədbirlər planına uyğun olaraq növbəti həftə seansı keçirilib.
Tədbirdə layihə rəhbəri Səkinə Mürsəlova, layihə üzrə ekspert Ziba Məmmədova, təlimçi Elnarə Qasımova və təhsil ictimaiyyətinin nümayəndələri iştirak edib.
Layihə rəhbəri, Göyçay şəhər M.Muradov adına 4 saylı tam orta məktəbində texnologiya müəllimi Səkinə Mürsəlova layihənin məqsədi və layihə çərçivəsində həyata keçirilən işlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, layihəni həyata keçirməkdə məqsəd 20 nəfərə yaxın valideyn himayəsindən məhrum olmuş uşaqlarla art terapiyanın keçirilməsi və onların əylənərək problemlərinin həll olunmasını, aqressiya, narahatlıqlardan azad olub daha uyumlu olmasını, qabiliyyət və bacarıqlarının kəşf edilməsini, sosial adaptasiyanın artılıması, onlar üçün maneəsiz yaradıcı mühit formalaşdırmaqdan ibarətdir. O, həmçinin Layihə çərçivəsində həftəlik seansların keçirildiyini vurğulayıb.
Təlimçi Elnarə Qasımova əhəmiyyətindən söz açıb. Bildirib ki, “Art terapiya emosiyalar üzərində bir eksperimentdir. Yeniyetmələr arasında ilk olaraq gizlənmiş emosional problemlər art terapiya vasitəsi ilə üzə çıxarmalıyıq. Depressiya, stress, mutizm, uşaqlarda zəka inkişaf pozğunluqlarında art terapiyadan geniş istifadə olunur.” O, həmçinin layihə çərçivəsində fototerapiyadan istifadə olunacağını və layihənin yekunu olaraq hazırlanmış fotoların sərgisinin keçiriləcəyini vurğulayıb. Təlimdə yeniyetmə məktəblilər çəkdikləri rəsmlərlə öz hiss və həyəcanlarını, qorxularını və sevinclərini təsvir ediblər. Terapevt isə rəsmlərə əsassən şagirdləri analiz edir. Sağlam təhsil sinifində 20-ə qədər şagirdin iştirakı təmin olunub. Layihənin psixoloqu ilkin mərhələdə psixoloji sorğu anketləri vasitəsi ilə şagirlərin daxili dünyasını daha yaxşı öyrənib. Sağlam təhsil sinifində “Mandala”, “Mövcud olmayan heyvan”, “Mən kiməm?”, “Avtoportret”, “Əhval-ruhiyyəm”, “Vəziyyətim”, “Kollektiv avtoportret”, “Ailə gerbi”, “Hədiyyələr”, “Güzgü”, “Xeyir və şər” adlı çalışmaların tətbiqini nəzərdə tutan proqram üzrə işlər aparilır. Seansların keçirildiyi müddətdə onların çəkdiyi hansısa bir şəklə əsasən narahatlıqlarını aydınlaşdıra bilir, yaxud qum və gil vasitəsilə düzəltdikləri hər hansı bir elementə əsasən onun probleminin nədən qaynaqlandığını müəyyənləşdirir.
Layihə çərçivəsində Göyçay rayonunda qabaqcıl təcrübəyə nail olaraq rayon təhsilinin keyfiyyəti yüksəldilib. Şagirdlərlə daha yaxşı və daha anlaşıqlı ünsiyyət təmin olunub. Məktəbdə sağlamlığı təbliğ edən tədbirlərin təşkili və məktəblərdə sağlam mühitin yaradılması məqsədi ilə tərtib etdiyimiz sağlam təhsil sinifinin fəaliyyəti təmin edilib. Sağlam təhsil sinifində məktəblilərin art-terapiya vasitəsi ilə müayinə olunması və yaşadıqları travmalar, psixoloji gərginliklər muəyyən qədər aradan qaldırılmışdır.
Sonda seminar iştirakçıları ilə mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Tədbir çay süfrəsi ilə başa çatıb. Oxunub: 120