Xəbər lenti :

Papoyan: Nə qədər ki, Bakı hərbi gücə əl atmayıb… - Video

Putin və Ərdoğan görüşəcək - Kreml

Pakistanı tərk etməyəcəyəm - İmran Xan

Hakan Fidandan İsveçə TƏLƏB: "Bu, reallıqda öz əksinini tapmasa..."

Fransada iğtişaşlar zamanı 4 min adam saxlanılıb

Hande yeni sevgilisindən ayrılıb?

DİN-də “Polis Günü”nə həsr olunmuş TƏNTƏNƏLİ MƏRASİM - VİDEO

Aİ missiyası atışma olan kəndə getməkdən imtina edib

İnam Kərimov bu vəzifəsindən AYRILDI

Laçın-Xankəndi yolundakı aksiya dörd aydır davam edir

İlham Əliyevdən DİN və DTX ilə bağlı FƏRMAN

Xatirələrdə yaşayan oftalmoloq Zərifə Əliyeva

Heydər Əliyev və Milli Ordu

Astanada küçələrdən birinə Heydər Əliyevin adı veriləcək

Bu yolda hərəkət məhdudlaşdırılacaq

2018-ci ilin Prezident seçkilərinin nəticələri xalqın iradəsini əks etdirir

Ağsu aşırımı ləğv edilir? - Yeni yol belə olacaq+Video

Ədliyyə Nazirliyinin bu vəzifəsi LƏĞV EDİLDİ

Sürücülük vəsiqəsi almaq istəyənlərə yeni qadağalar?

Prezident İlham Əliyevin Tacikistan Respublikasına səfəri əməkdaşlığın inkişafında yeni səhifə açdı

Bakının bu yollarında tıxac var - Siyahı

Liderlər mətbuata bəyanatlarla çıxış ediblər

Laçın-Xankəndi yolundakı aksiyanın 115-ci GÜNÜ

"Azərbaycanın Türkiyəyə yardımı qardaşlıq borcudur" - Prezident

Şuşanın daha iki kəndi Ordumuzun nəzarətinə keçdi - VİDEO

Laçın-Xankəndi yolundakı aksiyanın 113-cü GÜNÜ

"Qızıl Xaç"ın 9 maşını aksiya yerindən keçdi

Sabaha olan hava PROQNOZU

Zakir Həsənov müşavirə keçirdi - Yeni nəzarətə götürülən yüksəkliklərlə bağlı tapşırıqlar verdi

Xankəndi-Laçın yolundakı aksiyanın 111-ci günüdür

Prezident Laçın rayonunda xüsusi nümayəndəsinə tapşırıqlar verib

Siyasi dialoqla bağlı dövlətin təşəbbüsləri

XX əsrin faciəsi- 31 mart soyqırımı

Birinci vitse-prezident Mehriban Əliyeva “Qarabağ”-“Qalatasaray” oyunundan videogörüntülər paylaşıb

Bakı Olimpiya Stadionunda “Qarabağ” və “Qalatasaray” komandaları arasında xeyriyyə oyunu keçirilib Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva stadionda oyuna baxıblar YENİLƏNİB

Siyasi dialoqla bağlı dövlətin təşəbbüsləri

Siyasi dialoqla bağlı dövlətin təşəbbüsləri

Siyasi dialoq mühitinin ölkəmizdə dəstəklənməsi, eləcə də dialoq məfhumunun təşviqi məqsədi ilə Azərbaycanda fərqli layihələr davamlı olaraq reallaşmaqdadır. Görülən işlər sayəsində “siyasi dialoq” anlayışı öz aktuallığını qoruyaraq siyasi təcrübənin ayrılmaz amilinə çevrilib.
Ölkəmizdə reallaşan islahatlar siyasi münasibətlər sistemini də əhatə edir. Dayanıqlı inkişaf, sabitlik, milli həmrəylik mühiti, peşəkar münasibətlərin təşviqi və demokratik ənənələrin formalaşması kimi vəzifələri özündə ehtiva edən islahatlar qaçınılmazdır və siyasi münasibətlər sisteminə də sirayət edir.
Dayanıqlı dialoq ənənələrinin formalaşdırılması siyasətinin ilk mərhələsi hesab olunan ötən iki ili xarakterizə edən əsas xüsusiyyətlər:
* Ötən müddət siyasi münasibətlərin iştirakçıları arasında dialoq ilə bağlı olan lazımi vərdiş və səriştələrin inkişaf etdirilməsi və eləcə də siyasi münasibətlərdə köhnə stereotiplərin dəyişdirilməsi idi.
* Qərəzli mövqelərdən çıxış edən tərəflər üçün ötən müddət səhvləri etiraf etmək və siyasi fəaliyyətini yeni təmiz səhifədən başlamaq şansını bəxş edən dövr idi.
* Ötən dövr siyasətdə sağlam münasibətlərin tərəfdarlarını müəyyən etmək və müxtəlif təxribatlarla ölkədə həmrəylik mühitinə zərbə vurmaq arzusunda olan “qüvvələrin” ifşa olunması dövrü idi.
* Ötən dövr siyasi sistemin sağlamlaşdırılması dövrü idi.
* Ötən dövr regionda formalaşan yeni reallığa adaptasiya dövrü idi.
* Ötən dövr sistemli islahatlara hazırlıq, habelə siyasi sistemin güclü və zəif tərəflərinin müəyyən olunması dövrü idi.
* Ötən dövr siyasətdə xalqın və xarici qüvvələrin dostlarını bir-birindən ayırd etmək dövrü idi.
“Siyasi partiyalar haqqında” yeni Qanun siyasi proseslərdə iştirak edən tərəflər arasında güclərinin balansına xidmət edir. Belə ki, Qanunun tələblərinə cavab verən partiyalar rəqabətə dözümlü olduğunu sübut edirlər. Ölkənin siyasi tarixində ilk dəfədir ki, yeni Qanunun hazırlanması prosesinə siyasi münasibətlərin bütün iştirakçı tərəfləri cəlb olunmuşdur. Qanuna dair təkliflərin təqdim olunması ilə bağlı iqtidarın açıq müraciətləri siyasətdə bilavasitə demokratik prinsiplərə sadiqliyinin təzahürüdür.
Dövlətimizin başçısının “Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Belə qərara gəldik, belə təklif etdik ki, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümummilli məsələlər Qarabağ məsələsidir. Ümummilli məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var” – fikri ölkəmizdə siyasi dialoqun inkişafına ayrılan yüksək diqqətin sübutudur.
Azərbaycanda yaşanan milli birlik və həmrəylik kontekstində 44 gün davam edən Vətən müharibəsində əldə olunan böyük Qələbəni xatırlamaq yerinə düşərdi. Müharibədən əvvəl artıq ölkəmizdə yeni bir müsbət siyasi iqlim yaranmışdı. Bizim hamımızın, bütün vətənpərvər qüvvələrin bir amalı var idi – torpaqlarımızın işğaldan azad edilməsi. Azərbaycan iqtidarı buna nail oldu. Bu gün isə qarşıda bu Qələbəni siyasi yollarla möhkəmləndirmək vəzifəsi durur.
Dialoq mühiti siyasətdə açıq münasibətlərin bərqərar olmasını tələb edir. Bu dialoq həmçinin Azərbaycan milli mədəniyyətinə məxsus keyfiyyətlərdən biri oldu. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən mövcud istiqamətdə görülmüş işlər də bu əməkdaşlığın daha da möhkəmlənməsinə öz töhfəsini verib.
Ölkəmizin artıq gündəlik siyasi təcrübəsinə daxil olmuş iqtidar-müxalifət dialoqu davamlı şəkildə inkişaf edir. Siyasi partiya nümayəndələrinin cəmiyyətin fəal üzvlərinin, həmçinin vətəndaş cəmiyyəti institutlarının bu proseslərdə qabaqcıl mövqe tutması mühüm əhəmiyyət kəsb edir. Qeyd olunmalıdır ki, dayanıqlı siyasi dialoq mühitinin qorunması kontekstində isə obyektiv siyasi şərhlərin, həmçinin maarifləndirmə və təbliğat işlərinin aktuallığı xüsusi olaraq artır. Bu mənada mövcud potensialların səfərbər olunması və müvafiq sahələrin mütəxəssisləri ilə birgə müzakirələrin aparılması siyasi zərurətdir.
Siyasətdə dialoq mühiti demokratik dəyər kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyevin dialoq təşəbbüsləri ölkədə demokratik ənənələrin dərinləşdirilməsinə xidmət edir. Siyasi dialoqda aktiv şəkildə iştirak edən partiyaları cəmiyyət artıq tanıyır. Eyni zamanda dialoq mühiti siyasi partiyalara öz gücünü obyektiv şəkildə dəyərləndirmək üçün şərait yaratmışdır. Təsadüfi deyil ki, bəzi siyasi partiyalar rəqabət mühitinə tab gətirə bilmədikləri üçün fəaliyyətlərinə son qoyulması ilə bağlı bəyanatlarını vermişlər. Bu cür halları obyektiv və təbii proses kimi qəbul etmək lazımdır.
Siyasi proseslərə qiymət verərkən, obyektivlik naminə nəzərə alınmalıdır ki, ölkəmizdə dialoq təşəbbüsü ilə çıxış edən tərəf məhz iqtidardır. Təsadüfi deyil ki, ötən müddət ərzində siyasi dialoq prosesi çərçivəsində fərq vermədən yüzlərlə görüş təşkil olunub, habelə çoxlu sayda müxtəlif səpkili məsələlər açıq və əməkdaşlıq şəraitində müzakirə olunaraq öz həllini tapmışdır.