Xəbər lenti :

Papoyan: Nə qədər ki, Bakı hərbi gücə əl atmayıb… - Video

Putin və Ərdoğan görüşəcək - Kreml

Pakistanı tərk etməyəcəyəm - İmran Xan

Hakan Fidandan İsveçə TƏLƏB: "Bu, reallıqda öz əksinini tapmasa..."

Fransada iğtişaşlar zamanı 4 min adam saxlanılıb

Hande yeni sevgilisindən ayrılıb?

DİN-də “Polis Günü”nə həsr olunmuş TƏNTƏNƏLİ MƏRASİM - VİDEO

Aİ missiyası atışma olan kəndə getməkdən imtina edib

İnam Kərimov bu vəzifəsindən AYRILDI

Laçın-Xankəndi yolundakı aksiya dörd aydır davam edir

İlham Əliyevdən DİN və DTX ilə bağlı FƏRMAN

Xatirələrdə yaşayan oftalmoloq Zərifə Əliyeva

Heydər Əliyev və Milli Ordu

Astanada küçələrdən birinə Heydər Əliyevin adı veriləcək

Bu yolda hərəkət məhdudlaşdırılacaq

2018-ci ilin Prezident seçkilərinin nəticələri xalqın iradəsini əks etdirir

Ağsu aşırımı ləğv edilir? - Yeni yol belə olacaq+Video

Ədliyyə Nazirliyinin bu vəzifəsi LƏĞV EDİLDİ

Sürücülük vəsiqəsi almaq istəyənlərə yeni qadağalar?

Prezident İlham Əliyevin Tacikistan Respublikasına səfəri əməkdaşlığın inkişafında yeni səhifə açdı

Bakının bu yollarında tıxac var - Siyahı

Liderlər mətbuata bəyanatlarla çıxış ediblər

Laçın-Xankəndi yolundakı aksiyanın 115-ci GÜNÜ

"Azərbaycanın Türkiyəyə yardımı qardaşlıq borcudur" - Prezident

Şuşanın daha iki kəndi Ordumuzun nəzarətinə keçdi - VİDEO

Laçın-Xankəndi yolundakı aksiyanın 113-cü GÜNÜ

"Qızıl Xaç"ın 9 maşını aksiya yerindən keçdi

Sabaha olan hava PROQNOZU

Zakir Həsənov müşavirə keçirdi - Yeni nəzarətə götürülən yüksəkliklərlə bağlı tapşırıqlar verdi

Xankəndi-Laçın yolundakı aksiyanın 111-ci günüdür

Prezident Laçın rayonunda xüsusi nümayəndəsinə tapşırıqlar verib

Siyasi dialoqla bağlı dövlətin təşəbbüsləri

XX əsrin faciəsi- 31 mart soyqırımı

Birinci vitse-prezident Mehriban Əliyeva “Qarabağ”-“Qalatasaray” oyunundan videogörüntülər paylaşıb

Bakı Olimpiya Stadionunda “Qarabağ” və “Qalatasaray” komandaları arasında xeyriyyə oyunu keçirilib Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva stadionda oyuna baxıblar YENİLƏNİB

NİDA XƏBƏRİlham Əliyevin bəyanatına Amerikanın reaksiyası Ermənistan, Rusiya və Fransada qıcıq yaratdı


İlham Əliyevin bəyanatına Amerikanın reaksiyası Ermənistan, Rusiya və Fransada qıcıq yaratdı

 


“Vaşinqton inanır ki, Qarabağın erməni sakinlərinin hüquq və təhlükəsizliyi Azərbaycanın tərkibində təmin oluna bilər”

XEBERTV.AZ   xəbər verir ki, bu sözləri ABŞ-ın Yerevandakı səfiri Kristina Kvin Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirib. Beləcə məlum olur ki, ABŞ səfirinin sözlərindən belə çıxır ki, Vaşinqton hesab edir ki, Qarabağ ermənilərinin hüquqları məsələsi Azərbaycanın tərkibində həll olunmalıdır və onlar yerli icmalar səviyyəsində idarəçiliyə cəlb oluna bilər. Mövzu ilə əlaqədar saytımıza danışan politoloq Tofiq Abbasov bildirib ki, səfir bu fikirləri təsadüfən səsləndirməyib:

“Səfirin səsləndirmiş olduğu fikir çox vacib bir fikirdir. O, bunu təsadüfdən söyləməyib. Çünki faktiki olaraq vəziyyət ona doğru gedir. Yəni Ermənistanın bu prosesə qatılması, müdaxilə etməsi yersizdir. Artıq Amerikanın İrəvandakı səfiri, Ermənistan rəhbərləri bir yana, həm də Ermənistanın əhalisinə bildirir ki, bu məsələ artıq sizin ixtiyarınızdan çıxır. Çünki başqa alternativ yoxdur. Azərbaycan özününün ərazi bütövlüyünü tamamilə bərpa edib. Bir müddət əvvəl Laçın-Xankəndi yolunda qurduğumuz buraxılış-nəzarət postu artıq demək olar ki, vəziyyəti köklü surətdə dəyişdi. Biz orada o postu qurmaqla dünya qanunvericiliyinə heç bir zərbə vurmamışıq. Onu pozmamışıq, əksinə, öz sərhədlərimizi etibarlı şəkildə qoruyuruq. Digər tərəfdən son vaxtlar Qarabağ bölgəsində, istər yollara, istər komunikasiyalara, istər gəliş-gediş üzərinə nəzarətimiz son dərəcə atıb. Bu bizim üçün çox prinsipial bir məsələdir. Ölkə rəhbərliyi təsadüfdən bu məsələni gündəmdə saxlamır. Bir halda ki, ermənilər Ermənistandan müxtəlif yollarla, bəzən rəsmi yolla da silah-sursatı, qadağan olunmuş resursları ora çatdırırdılarsa, artıq bu prosesin qapanmasına nail olmuşuq. Yəni artıq bundan sonra nə mina, nə dağıdıcı resurslar, heç bir təhlükəli maddə oradan buraya gəlməyəcək.”


 

Politoloqun sözlərinə görə, reinteqrasiya Qarabağda yaşayan azsaylı erməni icması üçün yeganə çıxış yoludur:

“Təsadüfi deyil ki, Prezident İlham Əliyev açıq şəkildə bəyan edəndə ki, biz orada tanınmamış, rəsmi olmayan dövlət orqanlarının rəhbərləri kimi özləırini qələmə verənlərin, arutunyanlar və ya kimlərsə onların amnistiyasına biz hazırıq deməsi dərhal Amerikada çox pozitiv reaksiya ilə qarşılandı. Əlbəttə ki, o reaksiya özü də Ermənistanda qıcıq doğurdu. Ancaq ermənilərin hamısında yox. Məsələn, Nikol Paşinyan və onun komandası artıq azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu o deməkdir ki, Azərbaycan ərazisində Azərbaycan torpağında yaşayan hər bir kəs Azərbaycanın tabeçiliyindədir. Onun yurisdiksiyasını qəbul etməlidir, onun vətəndaşlığını tanımalıdır, onun bayrağı altında yaşamalıdır. Odur ki biz sözümüzü demişik.”

O bildirib ki, Amerika səfirinin bu fikirləri ifadə etməsi özbaşına olmayıb, çox güman ki, təlimatlar əsasında söylənilib:

“Çünki biz görürük, Amerika Birləşmiş Ştatlarının diplomatiyası son dönəmdə nə dərəcədə fəal şəkildə Azərbaycanla Ermənistan arasında ünsiyyətin kəsilməməsinə çalışır. Digər tərəfdən xarici işlər nazirləri Blinkenin iştirakı ilə görüşürlər. Ayrı görüşlər də olur. Bu ondan xəbər verir ki, ABŞ vəziyyəti düzgün, realistik tərzdə qiymətləndirir. Amma təəssüf ki, Fransa və bəzi Rusiyanın dairələri bu məsələlərdə çox destruktiv rol tuturlar. Onların idbar yanaşmaları, əlbəttə ki, insanları çaşdırır. Ancaq Azərbaycanı artıq çaşdırmaq mümkün deyil. Bizim dövlət başçımız Prezident İlham Əliyev, bizim silahlı qüvvələrimizin birləşmələri, orada olan nümayəndələrimiz hamısı gözəl başa düşürlər ki, prinsip etibarilə indi final mərhələsində, uzun çəkən bir faciənin final hissəsi artıq drama, dramdan sonra da artıq hekayəyə çevrilməlidir. Çünki belə olmasa biz tam sakitlik barədə danışa bilməyəcəyik. Sakitliyi pozan kimlərdir? Separatistlərin qalıqları. Əgər məhv olmaq istəmirlərsə, gərək rədd olub çıxıb getsinlər. Silah-sursatlarını da aparsınlar özləri ilə. Orada qalan sadə vətəndaşlar yaşaya bilərlər. Bu, əlbəttə ki, Azərbaycan diplomatiyasının böyük uğurudur. Bunun konturlarını biz görürük.”

Tofiq Abbasov qeyd edib ki, Nikol Paşinyan başda olmaqla, Ermənistan hakimiyyəti Azərbaycanın ərazi bütövlüyünü tanıyıb:

“Fövqəldövlətin rəsmi nümayəndəsi deyirsə ki, Qarabağın erməni sakinlərinin hüquq və təhlükəsizliyi Azərbaycanın tərkibində təmin oluna bilər, deməli, Amerika dövlətinin də yanaşması məhz bu konkteksdən, bu məntiqdən irəli gəlir. Ermənilər burada özləri üçün götür-qoy etməldirilər Söhbət Ermənistanda yaşayan ermənilərdən getmir. Nikol Paşinyan başda olmaqla hakimiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bu o deməkdir ki, Qarabağda yaşayan azsaylı erməni icması da, Azərbaycan vətəndaşlığına hazır olmasını bildirməlidir. Mənə elə gəlir ki, bu mesaj artıq gərək nəzərə alınsın və özünəməxsus bir dönüş nöqtəsi rolunu oynasın. Çünki başqa variant yoxdur.”

Publika.az