Xəbər lenti :

Papoyan: Nə qədər ki, Bakı hərbi gücə əl atmayıb… - Video

Putin və Ərdoğan görüşəcək - Kreml

Pakistanı tərk etməyəcəyəm - İmran Xan

Hakan Fidandan İsveçə TƏLƏB: "Bu, reallıqda öz əksinini tapmasa..."

Fransada iğtişaşlar zamanı 4 min adam saxlanılıb

Hande yeni sevgilisindən ayrılıb?

DİN-də “Polis Günü”nə həsr olunmuş TƏNTƏNƏLİ MƏRASİM - VİDEO

Aİ missiyası atışma olan kəndə getməkdən imtina edib

İnam Kərimov bu vəzifəsindən AYRILDI

Laçın-Xankəndi yolundakı aksiya dörd aydır davam edir

İlham Əliyevdən DİN və DTX ilə bağlı FƏRMAN

Xatirələrdə yaşayan oftalmoloq Zərifə Əliyeva

Heydər Əliyev və Milli Ordu

Astanada küçələrdən birinə Heydər Əliyevin adı veriləcək

Bu yolda hərəkət məhdudlaşdırılacaq

2018-ci ilin Prezident seçkilərinin nəticələri xalqın iradəsini əks etdirir

Ağsu aşırımı ləğv edilir? - Yeni yol belə olacaq+Video

Ədliyyə Nazirliyinin bu vəzifəsi LƏĞV EDİLDİ

Sürücülük vəsiqəsi almaq istəyənlərə yeni qadağalar?

Prezident İlham Əliyevin Tacikistan Respublikasına səfəri əməkdaşlığın inkişafında yeni səhifə açdı

Bakının bu yollarında tıxac var - Siyahı

Liderlər mətbuata bəyanatlarla çıxış ediblər

Laçın-Xankəndi yolundakı aksiyanın 115-ci GÜNÜ

"Azərbaycanın Türkiyəyə yardımı qardaşlıq borcudur" - Prezident

Şuşanın daha iki kəndi Ordumuzun nəzarətinə keçdi - VİDEO

Laçın-Xankəndi yolundakı aksiyanın 113-cü GÜNÜ

"Qızıl Xaç"ın 9 maşını aksiya yerindən keçdi

Sabaha olan hava PROQNOZU

Zakir Həsənov müşavirə keçirdi - Yeni nəzarətə götürülən yüksəkliklərlə bağlı tapşırıqlar verdi

Xankəndi-Laçın yolundakı aksiyanın 111-ci günüdür

Prezident Laçın rayonunda xüsusi nümayəndəsinə tapşırıqlar verib

Siyasi dialoqla bağlı dövlətin təşəbbüsləri

XX əsrin faciəsi- 31 mart soyqırımı

Birinci vitse-prezident Mehriban Əliyeva “Qarabağ”-“Qalatasaray” oyunundan videogörüntülər paylaşıb

Bakı Olimpiya Stadionunda “Qarabağ” və “Qalatasaray” komandaları arasında xeyriyyə oyunu keçirilib Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva stadionda oyuna baxıblar YENİLƏNİB

Fransanın “Qarabağ oyunu”nun hədəfi Türkiyədir

Fransanın “Qarabağ oyunu”nun hədəfi Türkiyədir


GOYCAYXEBER.INFO.AZ -07;13

Bütün kainat qaynayır. Köhnə dünyanın üzü sürətlə dəyişdirilir. Siyasi, iqtisadi, hərbi qarşıdurmalar hər yerdə ayaq açıb gəzir. Köhnə dünya dəfn olunmaq üzrədir.

Bu səbəbdən bəşəriyyət “yeni dünyaya” keçid mərhələsinin imtahanına hazırlaşır. Hər bir ölkə sinifdə qalmamaq, keçid dövrünü maksimum az itki ilə başa vurmaq naminə səylərini artırır. Bu üzdən də dünya siyasətində hərarətlilik var. Əksər ölkələr çalışır ki, öz milli və dövlət maraqlarına uyğun olaraq addımlar atsın. Xüsusən də xarici siyasətdə ikitərəfli, coxtərəfli, regional və beynəlxalq münasibətlərə önəm versinlər. Təhlükəsizlik və humanitar məsələləri ön planda tutaraq dostluq əlaqələri qursunlar. Belə dövlətlərin öncüllərindən biri də Azərbaycandır.

Doğurusu da budur. Çünki Rusiya-Ukrayna savaşı göstərdi ki, nə qədər güclü olursan ol, dostun olacaq dövlətlərin sayı azdırsa, nüfuz dairən geniş deyilsə, Rusiya kimi küncə sıxışdırılıb can çəkişəcəksən.

Ancaq buna baxmayaraq, dünyada elə dövlətlər də var ki, əlaqələri qurmaq, dost dövlətlərin sayını artırmaq əvəzinə, mövcud münasibətləri pozmaqla özünü addım-addım qlobal təcridə sürükləməklə məşğuldur. Məhz belə dövlətlərdən bir də Fransadır.

Məlum olduğu kimi, son illər Fransanın bir sıra irili-kiçikli dövlətlərlə problemləri var və bu özünü açıq şəkildə büruzə verməkdədir. Makron Fransası həm dövlətlərarası münasibətlər çərçivəsində, həm də beynəlxalq təşkilatlar fonunda xoş olmayan siyasət yürüdür. Fransanın istər NATO daxilində, istər AB formatında işləri rəvan getmir. “NATO beyin krizisi keçirib”, “AB öz ordusunu yaratmalıdır” fikirlərini irəli sürən Fransa prezidenti hər iki təşkilatda ikitirəliyə yol açmaqla, ölkəsini təklədi. Bundan başqa bu ölkənin ikili münasibətlərdə də kifayət qədər problemləri var. Belə ki, Fransa ABŞ, İngiltərə, Rusiya, Türkiyə, İtaliya, Almaniya və s. qlobal və regional güclərlə konflikt içərisindədir.

O cümlədən uzun onilliklər boyu sümürüb taladığı qara qitədə - Əlcəzair, Mali, Nigeriya, Burkina Faso kimi dövlətlərdə Fransanın antiinsani və müstəmləkəçilik siyasətinə qarşı nifrət son həddə çatıb. Əgər bu gün Burkino Faso Fransadan öz ordusunu ərazilərindən çəkməsini tələb etdirsə, Əlcəzair Parisin siyasətinə etiraz əlaməti olaraq öz dövlət himninə: “Ey Fransa! Hazır ol, etdiklərinin bədəlini ödəməli olduğun gün gəlib çatdı” bəndlərini əlavə edir.

Eyni zamanda sözügedən ölkənin daxilində etnik və dini diskriminasiya siyasəti yürüdülür. Ki, bunun da acı nəticələrini hazırda yaşamaqdadır.

Bunlar azmış kimi, Fransa Prezidenti Emanuel Makron Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmaması üçün dəridən-qabıqdan çıxır. Hər fürsətdə Paris Bakıya təzyiq etmək üçün qaralama kampaniyasını sürdürərək, hətta Qarabağda yerləşən erməni separatçılara siyasi dəstək verməkdən belə çəkinmir.

Əslində isə Fransanın Qarabağda oynamaq istədiyi oyun heç də təkcə Bakıya qarşı hesablanmayıb. Bu çirkli plan həm də NATO daxilində və dünyanın bir sıra nöqtələrində, o cümlədən Suriya, Liviya, İraq, Kipr, Yunanıstan, hətta Afrikada mövqelərini uduzduğu Türkiyəyə qarşı hazırlanıb.

NATO daxilində antitürkiyə qrupu formalaşdıra bilməyən Paris yuxarıda sadaladığımız nöqtələrdə də Ankara qarşısında düşdüyü məğlubiyyətin acısını yaşadığından, bu üzüntünü Qafqazda sığortalamağa çalışır.

Bu gün hər kəsin Türkiyə deyəndə Azərbaycan, Azərbaycan deyəndə Türkiyəni düşündüyü bir vaxtda, nədənsə, Paris bəzi reallıqları ya hesablaya bilmir, ya da var olanı qəbul etmək istəmir. Fransa anlamalıdır ki, yuxarıda sadaladığımız nöqtələrdə əgər Türkiyə təkbaşına mübarizə aparırdısa, Qafqazda Ankaranın əli daha güclüdür. Çünki Türkiyə bölgənin ən güclü və ən böyük ölkəsi olan Azərbaycanla birgə addımlayır. Belə olduğu halda Fransa Ermənistanı yanına almaqla heç cür Azərbaycan və Türkiyənin Qarabağda, dolayısı ilə də Qafqazdakı siyasətinin qarşısını kəsə bilməyəcək.

axar.az