Xəbər lenti :

Papoyan: Nə qədər ki, Bakı hərbi gücə əl atmayıb… - Video

Putin və Ərdoğan görüşəcək - Kreml

Pakistanı tərk etməyəcəyəm - İmran Xan

Hakan Fidandan İsveçə TƏLƏB: "Bu, reallıqda öz əksinini tapmasa..."

Fransada iğtişaşlar zamanı 4 min adam saxlanılıb

Hande yeni sevgilisindən ayrılıb?

DİN-də “Polis Günü”nə həsr olunmuş TƏNTƏNƏLİ MƏRASİM - VİDEO

Aİ missiyası atışma olan kəndə getməkdən imtina edib

İnam Kərimov bu vəzifəsindən AYRILDI

Laçın-Xankəndi yolundakı aksiya dörd aydır davam edir

İlham Əliyevdən DİN və DTX ilə bağlı FƏRMAN

Xatirələrdə yaşayan oftalmoloq Zərifə Əliyeva

Heydər Əliyev və Milli Ordu

Astanada küçələrdən birinə Heydər Əliyevin adı veriləcək

Bu yolda hərəkət məhdudlaşdırılacaq

2018-ci ilin Prezident seçkilərinin nəticələri xalqın iradəsini əks etdirir

Ağsu aşırımı ləğv edilir? - Yeni yol belə olacaq+Video

Ədliyyə Nazirliyinin bu vəzifəsi LƏĞV EDİLDİ

Sürücülük vəsiqəsi almaq istəyənlərə yeni qadağalar?

Prezident İlham Əliyevin Tacikistan Respublikasına səfəri əməkdaşlığın inkişafında yeni səhifə açdı

Bakının bu yollarında tıxac var - Siyahı

Liderlər mətbuata bəyanatlarla çıxış ediblər

Laçın-Xankəndi yolundakı aksiyanın 115-ci GÜNÜ

"Azərbaycanın Türkiyəyə yardımı qardaşlıq borcudur" - Prezident

Şuşanın daha iki kəndi Ordumuzun nəzarətinə keçdi - VİDEO

Laçın-Xankəndi yolundakı aksiyanın 113-cü GÜNÜ

"Qızıl Xaç"ın 9 maşını aksiya yerindən keçdi

Sabaha olan hava PROQNOZU

Zakir Həsənov müşavirə keçirdi - Yeni nəzarətə götürülən yüksəkliklərlə bağlı tapşırıqlar verdi

Xankəndi-Laçın yolundakı aksiyanın 111-ci günüdür

Prezident Laçın rayonunda xüsusi nümayəndəsinə tapşırıqlar verib

Siyasi dialoqla bağlı dövlətin təşəbbüsləri

XX əsrin faciəsi- 31 mart soyqırımı

Birinci vitse-prezident Mehriban Əliyeva “Qarabağ”-“Qalatasaray” oyunundan videogörüntülər paylaşıb

Bakı Olimpiya Stadionunda “Qarabağ” və “Qalatasaray” komandaları arasında xeyriyyə oyunu keçirilib Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva stadionda oyuna baxıblar YENİLƏNİB

İrandan mal gətirən biznesmenlərə XƏBƏRDARLIQ


 

İrandan mal gətirən biznesmenlərə XƏBƏRDARLIQ


Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) İranda fəaliyyət göstərən, təsdiqdən keçməyən qida obyektlərindən məhsul idxalına məhdudiyyət qoyulacağı ilə bağlı xəbərdarlıq edib.

XEBERTV.AZ xəbər verir ki, bu barədə Metbuat.az-a AQTA-dan məlumat verilib. Bildirilib ki, “Qida Təhlükəsizliyi haqqında” Qanunun 20.3, 24.5 və 24.8-ci maddələrinin tələblərinə əsasən, risk dərəcəsi nəzərə alınmaqla ölkəmizə qida və yem məhsullarının idxalı zamanı həmin məhsulların istehsal və emal edildiyi qida obyektləri təsdiq edilməlidir. Xarici ölkələrdə fəaliyyət göstərən qida obyektinin təsdiq olunması üçün obyektin Azərbaycan Respublikasında qida təhlükəsizliyi sahəsində mövcud olan tələblərə uyğunluğu Agentlik tərəfindən yerində qiymətləndirilmə aparılmaqla və ya vizualizasiya yolu ilə qiymətləndirilir. Qiymətləndirilmə nəticələrinə əsasən, obyektin təsdiq edilməsi, şərti təsdiq edilməsi və ya təsdiqdən imtina edilməsi barədə qərar qəbul edilir.

Bununla əlaqədar, İran İslam Respublikasının səlahiyyətli dövlət qurumuna bu ölkədə fəaliyyət göstərən qida obyektləri Agentlik tərəfindən təsdiq edilmədiyi halda, 2023-cü il sentyabrın 1-dən balıq və balıq məhsullarının, süd və süd məhsullarının istehsalı ilə məşğul olan, təsdiq edilməyən qida obyektləri tərəfindən məhsulların idxalına məhdudiyyətin tətbiq olunacağı barədə rəsmi məktub ünvanlanıb.

AQTA bir daha ölkəmizə qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlara xəbərdarlıq edərək bildirir ki, müvafiq qanunvericiliyin tələbinə əsasən, təsdiq üçün müraciət etməyən şirkətlərin xüsusi risk qrupuna daxil olan baytarlıq nəzarətinə aid qida məhsullarını idxal etməsi mümkün olmayacaqdır.

Bu sıraya mal və mal əti, quş və quş əti, balıq və dəniz məhsulları, konservləşdirilmiş balıq və dəniz məhsulları, süd və süd məhsulları və heyvan yemi üçün istifadə edilən digər məhsullar aiddir. Agentlik növbəti dəfə qida məhsullarının idxalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müraciət edərək, onları “Qida təhlükəsizliyi haqqında” qanunun tələblərinə ciddi şəkildə riayət etməyə çağırır. Sahibkarlar qanunvericiliyin tələbləri ilə Agentliyin veb-saytı, həmçinin sosial media səhifələrindən tanış ola, sualları yarandığı təqdirdə “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlaya bilərlər.