Xəbər lenti :

Papoyan: Nə qədər ki, Bakı hərbi gücə əl atmayıb… - Video

Putin və Ərdoğan görüşəcək - Kreml

Pakistanı tərk etməyəcəyəm - İmran Xan

Hakan Fidandan İsveçə TƏLƏB: "Bu, reallıqda öz əksinini tapmasa..."

Fransada iğtişaşlar zamanı 4 min adam saxlanılıb

Hande yeni sevgilisindən ayrılıb?

DİN-də “Polis Günü”nə həsr olunmuş TƏNTƏNƏLİ MƏRASİM - VİDEO

Aİ missiyası atışma olan kəndə getməkdən imtina edib

İnam Kərimov bu vəzifəsindən AYRILDI

Laçın-Xankəndi yolundakı aksiya dörd aydır davam edir

İlham Əliyevdən DİN və DTX ilə bağlı FƏRMAN

Xatirələrdə yaşayan oftalmoloq Zərifə Əliyeva

Heydər Əliyev və Milli Ordu

Astanada küçələrdən birinə Heydər Əliyevin adı veriləcək

Bu yolda hərəkət məhdudlaşdırılacaq

2018-ci ilin Prezident seçkilərinin nəticələri xalqın iradəsini əks etdirir

Ağsu aşırımı ləğv edilir? - Yeni yol belə olacaq+Video

Ədliyyə Nazirliyinin bu vəzifəsi LƏĞV EDİLDİ

Sürücülük vəsiqəsi almaq istəyənlərə yeni qadağalar?

Prezident İlham Əliyevin Tacikistan Respublikasına səfəri əməkdaşlığın inkişafında yeni səhifə açdı

Bakının bu yollarında tıxac var - Siyahı

Liderlər mətbuata bəyanatlarla çıxış ediblər

Laçın-Xankəndi yolundakı aksiyanın 115-ci GÜNÜ

"Azərbaycanın Türkiyəyə yardımı qardaşlıq borcudur" - Prezident

Şuşanın daha iki kəndi Ordumuzun nəzarətinə keçdi - VİDEO

Laçın-Xankəndi yolundakı aksiyanın 113-cü GÜNÜ

"Qızıl Xaç"ın 9 maşını aksiya yerindən keçdi

Sabaha olan hava PROQNOZU

Zakir Həsənov müşavirə keçirdi - Yeni nəzarətə götürülən yüksəkliklərlə bağlı tapşırıqlar verdi

Xankəndi-Laçın yolundakı aksiyanın 111-ci günüdür

Prezident Laçın rayonunda xüsusi nümayəndəsinə tapşırıqlar verib

Siyasi dialoqla bağlı dövlətin təşəbbüsləri

XX əsrin faciəsi- 31 mart soyqırımı

Birinci vitse-prezident Mehriban Əliyeva “Qarabağ”-“Qalatasaray” oyunundan videogörüntülər paylaşıb

Bakı Olimpiya Stadionunda “Qarabağ” və “Qalatasaray” komandaları arasında xeyriyyə oyunu keçirilib Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva stadionda oyuna baxıblar YENİLƏNİB

Ermənilərin “miatsum” planı Beynəlxalq Ədalət Məhkəməsində dəfn edildi – Bakının QƏLƏBƏSİ


Ermənilərin “miatsum” planı Beynəlxalq Ədalət Məhkəməsində dəfn edildi – Bakının QƏLƏBƏSİ

GOYCAYXEBER.INFO.AZ 



 

Beynəlxalq Ədalət Məhkəməsi “Ermənistanın Laçın sərhəd-keçid məntəqəsinin qanunsuzluğuna və Azərbaycan Respublikasının hərbçilərinin Laçın yolundan çıxarılmasına dair” tələbi ilə bağlı 12 may 2023-cü il tarixli vəsatətini rədd edib. Beləliklə, İrəvanın Bakıya qarşı “beynəlxalq təzyiqə nail olmaq” planı bir daha baş tutmadı.

Bu plan Ermənistan və havadarlarının beynəlxalq miqyasda Azərbaycana qarşı çoxvektorlu şəkildə həyata keçirilir, xüsusilə 23 aprel 2023-cü il tarixindən - Laçın sərhəd-keçid məntəqəsinin qurulmasından sonra bütün kartlar işə salınıb. Çünki Laçın sərhəd-buraxılış məntəqəsinin (SBM) qurulması sıradan hadisə yox, Azərbaycan torpaqlarında erməni separatizminin “nəfəsliyinin” bağlanması deməkdir. Bu baxımdan, Laçın postunun tarixi-strateji əhəmiyyəti var.

1. Bu SMB “Laçın dəhlizi”ni tarixin arxivinə göndərdi;
2. Ermənistanla sərhəd tam təmin olundu və Qarabağ məsələsi praktiki olaraq da daxili işimizə çevrildi;
3. Qarabağda erməni separatizminin “yolu” bağlandı və onların “dövlət olmaq”, “müstəqillik” iddiaları sıradan çıxarıldı;
4. 1988-ci ildə başlanan qondarma “miatsum” ideologiyası Laçın SBM-də dəfn edildi;


Bu, Azərbaycanın 44 günlük müharibədə böyük Zəfərindən sonra əsas strateji qələbəsi idi. Və həm Ermənistanın, həm də bölgədə maraqlı ölkələrin “Qarabağ kartı”ndan istifadəsi imkanları tükəndi. Laçın postunun ləğv edilməsi üçün beynəlxalq müstəvidə həyata keçirilən kampaniya da məhz bundan qaynaqlanır və burada təkcə Ermənistanın yox, digər maraqlı ölkələrin, misal üçün, Fransa və digərlərinin də rolu var.

Ermənistanın Laçın sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsi məqsədilə təxribat fəaliyyətini bir neçə istiqamətdə dəyərləndirmək olar:

Birincisi, bölgədə sülhməramlı kontigenti olan Rusiyanı buna sövq etmək;
İkincisi, təxribat hücumlarını həyata keçirmək;
Üçüncüsü, beynəlxalq müstəvidə qərarların qəbul edilməsi, rəsmi Bakıya təzyiqin edilməsinə nail olmaq;

Lakin heç bir həmləsi baş tutmur və Azərbaycan həm diplomatik, həm praktiki müstəvidə atdığı addımlarla bütün bu cəhdlərin qarşısını uğurla alır.

- Rusiya Laçın postunun ləğv edilməsi çağırışlarını dəfələrlə edib, o cümlədən, sülhməramlı kontingent bununla bağlı danışıqlar aparıb: rəsəmi Bakının prinsipial mövqeyi dəyişməz olaraq qalır və artıq Moskvada da anlayırlar ki, Azərbaycanı öz suverenliyini qorumaq prinsipindən bir addım da geri çəkilməyə məcbur etmək mümkün deyil;

- 15 iyunda təxribat hücumu ilə postun stabil fəaliyyətini pozmağa çalışdılar: məqsəd “humanitar fəlakət” iddialarını davam etdirmək üçün bəhanələrin yaradılması idi, çünki Azərbaycan erməni əhalisinin və humanitar yüklərin postdan rahat və təhlükəsiz keçidinə şərait yaradaraq, Ermənistanın bütün iddialarını çürütdü; təxribat hücumunda məqsəd də postun bu fəaliyyətini dayandırmaq idi və rəsmi Bakı daha prinsipial mövqe sərgilədi, postdan keçidi məhdudlaşdırdı, bununla da həm Qarabağa kənar müdaxilələrin qarşısını aldı, həm də separatçılar ətrafındakı halqanı daha da daraltdı;

- Beynəlxalq müstəvidə “humanitar fəlakət”, “etnik təmizləmə” kimi qondarma iddialar üzərindən aparılan kampaniyaların heç biri nəticə verməyib: indiyə qədər erməni diasporu/lobbisinin təsiri ilə Avropanın bir sıra strukturlarında “qərarlar”, “qətnamələr” qəbul olunsa da, bunların heç bir təsiri olmayıb və beynəlxalq güclər rəsmi Bakının “Qarabağ Azərbaycanın daxili işidir və burada Azərbaycan dövlətinin verdiyi qərar keçərlidir” mövqeyini qəbul edir, ABŞ-ın sərgilədiyi mövqe, verdiyi açıqlamalar bunun ən bariz nümunəsidir;


Bütün təxribat fəaliyyəti iflasa uğrayan Ermənistanın ən böyük ümidi Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın əleyhinə qərar qəbul etməsi idi. İrəvan və havadarları bütün güclərini məhz belə bir qərarın çıxarılmasına sərf etmişdi. Lakin Beynəlxalq Ədalət Məhkəməsi iyulun 6-da keçirilən prosesdə Azərbaycanın təqdim etdiyi sübutları və gətirdiyi arqumentlərlə tam razılaşdı, Ermənistanın vəsatətini yekdilliklə rədd etdi.

- Azərbaycanın Ermənistanla şərti dövlət sərhədlərində nəzarət-buraxılış məntəqəsi qurması beynəlxalq hüquq əsasında suveren hüquqa malik olduğu rəsmi şəkildə tanındı;
- Azərbaycanın Laçın yolundan öz silahlı qüvvələrini çıxarmağa dair beynəlxalq hüquq əsasında hər-hansı bir öhdəliyə malik olmadığı təsdiqləndi;
- Ermənistan tərəfindən cari ilin aprel ayından Azərbaycan tərəfindən öz suveren hüququna əsaslanaraq quraşdırılmış SBM-nin fəaliyyətinin Məhkəmənin 22 fevral 2023-cü il tarixli qərarını pozduğuna dair iddiası əsassız hesab edildi;
- Azərbaycan tərəfindən SBM vasitəsilə Laçın yoluna tam nəzarət həyata keçirmək haqqı qəbul olundu;


Bu, təkcə Ermənistanın beynəlxalq səviyyədə həyata keçirməyə çalışdığı təxribat fəaliyyətinin iflası yox, həm də ermənilərin 1988-ci ildə başdalığı qondarma “miatsum” ideyasının beynəlxalq hüquqla da sıradan çıxarılmasıdır. Azərbaycan erməni separatizmini və “miatsum”u Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması ilə praktiki müstəvidə sıradan çxardı, diplomatik həmlələrlə bunu siyasi müstəvidə gündəmdən çıxardı və Beynəlxlq Ədalət Məhkəməsinin verdiyi qərarla bu plan beynəlxalq hüquqla da dəfn edildi.

publika.az